Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (2-03-2015, 21:33)
Elman Rüstəmov və qohumlarının bir gecədə qazandığı milyonlar - "Gecə əməliyyatı" - ŞOK FAKTLAR

Mərkəzi Bankın 21 fevral tarixində Azərbaycanda vilyuta məzənnələri ilə bağlı gözlənilməz qəfil qərarı hələ də cəmiyyətin əsas müzakirə mövzusudur. Əhali dollar-manat münasibətlərinin bazara göstərdiyi kəskin bahalaşma təsirinin qayğısını çəkir, banklardan dollarla kredit alanlar isə həyəcanla prosesləri izləyirlər. Cəmiyyətin "beyin mərkəzləri” isə bu qərardan bir neçə gün əvvəl iş adamları və vəzifəli məmurların manatla saxladıqları çox böyük pullarını müxtəlif yollarla dollara dəyişərək, bir gecədə qazanılan milyonlarla bağlı gəzən söhbətlərin necə meyddana çıxmasını araşdırırlar. 


Dia.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı «Reytinq»i məlumatlandıran informasiyalı qaynağın sözlərinə görə, devalvasiya qərarının əvvəlcədən kənara sızdırlmasında Mərkəzi Bankın sədri Elman Rüstəmov və onun yaxın ətrafı da çox böyük rol oynayıb. Hətta Rüstəmov və onun çevrəsinin bununla çox böyük pullar qazandığı da iddia olunur «Bildiyiniz kimi, hələ ötən ilin oktyabr ayından etibarən, Azərbaycanda valyuta məzənnələrinin kəskin dəyişəcəyi barədə söz-söhbət vardı. Düzdür, o zaman qabağı görməyi bacaranlar işlərini ehtiyatlı tutaraq, valyutalarını dollar və ya avroya çevirməyə başladılar. Lakin Prezident İlham Əliyevin «ASAN Xidməti»in Sabirabadda keçirilən açılış mərasimində dünyada gedən iqtisadi proseslərin, xüsusiylə neftin qiymətinin kəskin enişinin Azərbaycaanın iqtisadiyyatına təsirinin olmayacağı haqda bəyanatı və manaatın kursunun stabil qalacağı haqda verdiyi açıqlamalardan sonra Rusiya mili pulunun üzləşdiyi vəziyyətin Azərbaycanda təkrarlanma ehtimalını azaltdı. Ancaq neftin qiymətinin kəskin enməsi, qonşu dövlətlərdə milli pularla bağlı siyasətin dəyişməsi Azərbaycanda da vəziyyəti dəyişmək zərurətini gücləndirdi. Hakimiyyət əvvəlki kimi, rezervləri manatın stabil qalmasına xərcləmək istəmədi. Və bununla da noyabrın sonlarından etibarən başlayan devalvasiya qərarının üzərində dartışma yüksəldi. Hətta deyə bilərəm ki, dekabrın son ongünlüyündə hakimiyyətin üst pillələrində bu prosesin mərhələlərlə və ya kəskin aparılması barədə ciddi fikir dartışması vardı. Xatırlayırsınızsa, prezident İlham Əliyev yanvar ayında nazir və icra başçıları ilə son müşavirəsində bu məsələ ilə bağlı mesajını açıqladı və manatın avro ilə münasibətlərinin ilkin konturlarını verdi. O zaman ekspertlər manatın ilin sonuna qədər, özü də mərhələlərlə ancaq və ancaq 10 faiz dəyərdən düşəcəyini bəyan elədi. Bu isə insanlarda böyük rahatlıq yaratdı. Və pulu adamlar ehtiyatlarını dəyişmək zərurətinə ehştiyac duymadı. Ancaq sonradan kəskin devalvasiya qərarına üstünlük verənlər mərhələli prosesdən vaz keçilməsi təklif edənlərə qalib gəldi. Artıq fevralın əvvəlində kəskin devalvasiya qərarının verilməsi qətiləşdi və bu qərarın fevralın 21-də açıqlanması qərara alındı. Maraqlı budur ki, bu prosesdən hakimiyyətin ən üst səviyyəli məmurları iilə yanaşı, Mərkəzi Bankın sədri əvvlcədən məlumatlı ollub. Ancaq feralın 21-də verilən qərardan sonra müəyyən dairələrlə aydın olub ki, əslində, manatın devalvasiyasının kəskin aparılacağı barədə siyasi qərarı kənara sızdıran məsul şəxslər olub. Və bunun başında isə Elman Rüstəmovun durmasına artıq şübhə edilmir. Xüsusi ilə onun yaxın çevrəsinin bu qərardan az əvvəl atdıqları addımlar bu qənaəti gücləndirib».

Məlumatlı şəxs deyir ki, Elman Rüstəmovun bizneslə məşğul olan çox yaxın ətrafını və nəzarətində olan bir neçə bankı kəskin devalvasiya qərarından 10-15 gün əvvəl məlumatlandırdığı haqda ciddi şübhələr var: «Bir qədər araşdırma aparsanız, özünüz də görəcəksiniz ki, Elman Rüstəmovun şəxsi himayəsində olan bir neçə bank devalvasiya qərarından 10-15 gün əvvəl əsas müştərilərini çağıraraq, manatla bağlanan müqavilələri dəyişdiriblər. Və demək olar ki, bütün kredit müqavilələri dollarla bağlanıb. Hətta Elman Rüstəmova yaxın olan bir neçə böyük maşın satışı ilə məşğul olan firmaların da bu qərardan əvvəl təlimatlandırıldığına dair əsaslı şübhələr var. Belə ki, onların da həm köhnə, həm də yeni müştəriləri ilə müqavilələri dollara əvəzləmələri haqda faktlar az deyil. Hətta onlar şübhə çəkməmək üçün 21 fevral qərarından təxminən 20 gün əvvəl kreditlə avtomobil satışında kəskin endirim gedib, müqavilələri manatla deyil, dollarla bağlamalarının da təsadüf olduğunu iddia etmək gülünc olar. Xüsusi ilə Elman Rüstəmova bağlı olan sahibkarlar həmin tarixlərdə endirimli reklam çarxları dövriyyəyə buraxaraq, xeyli müştəri cəlb etdilər, ancaq manatla elan olunan qiymətlərə rəğmən, müqavilələr dollarla bağlanıb. Eyni zamanda, qanunazidd olaraq, nəğd maşın satışı da dollarla aparılıb. Həmin müddətdə müştərilər bunun fərqinə varmadı. İndisə onlar çıxılmaz vəziyyətlə üzləşiblər. Bütün bu məsələlərdə Elman Rüstəmov və onun qohumlarının nəzarətində olan şirkətlərin rolu təkzibolunmazdır».

Müsahibimiz deyir ki, Elman Rüstəmovun yaxın qohumlarından biri, iri dövlət müəssisələrinin keçirdiyi tenderlərdə şübhəli şəkildə qalib olan şəxs də devalvasiiya qərarından bir neşə gün öncə çox böyük pul götürüb: «Elman Rüstəmovun xalası oğlunun da adının hallandığı həmin "əməliyyat”ın detalları cəmiyyət üçün açıqlansa, böyük şok yaşanar. Bəli, Elman Rüstəmovun bizneslə məşğul olan qohumları və xalası oğlu hətta 21 fevral qərarından bir gün əvvəl də böyük pullar dəyişiblər. Hətta onun ölkənin cənub rayonlarında iri layihə həyata keçirən yaxın qohumlarından birinin fevralın 20-də 20 milyon manat dəyişdirməsi haqda da söhbətlər var. Bir gecədə aparılan bu "əməliyyat” nəticəsminjə qazanılan pulun 10 milyon manata yaxın olduğunu düşünsək, Elman Rüstəmov və yaxın qohumlarının dövlətin gizli siyasətini necə faş edib, nə qədər qazanmalarını xüsusi izah etməyə ehtiyac qalmır. Bəli, Elman Rüstəmov və yaxınları devalvasiya qərarından ümumilikdə bəlkə də bir neçə 10 milyonlar irəli düşdülər. Amma unutmaq olmaz ki, dövlətin sirini yaxın adamlarına sızdırmaqla, qazanılan bu pullar, əslində, cinayət xarakterlidir. Hesab edirəm ki, aprel ayında səlahiyyət müddəti başa çatan Elman Rüstəmovun yenidən 5 il müddətinə Mərkəzi Bankın sədri seçilib-seçilməyəcəyi bu cür «əməliyyatlar»la bağlı aparılan araşdırmalardan aslı olacaq. Mümkündür ki, onun 20 illik sədr fəaliyyətinə son verilərək, yaxınları ilə birgə məsuliyyətə cəlb olunması da gündəmə gətirilsin».

Müsahibimiz Elman Rüstəmov və onun yaxın çevrəsinin nəzarəti altında olan MMC-lərin «Azərsu» ASC və digər iri müəssisələrdə həyata keçirdikləri layihələrdən də danışıb. Bildirib ki, 400 milyonluq bir layihə və orada yaranan şübhəli bir məqam da bəzi dairələrin diqqətindən yayınmayıb: «Bildiyimə görə, həmin layihədə iştirak edən Elman Rüstəmovun yaxınlarının devalvasiya qərarından öncə həmin pulları hesabdan çıxarıb-çıxarmadıqları da ciddi araşdırma mövzusudur. Çünki iki dəfəyə - 250+150 milyon ayrılmaqla, 400 milyona rəğmən, nəzərdə tutulan işlər 2 aydır dayandırılıb. Hətta ayrılan pullara rəğmən, görülən işlər də uyğunluq təşkil etmir. Bu isə ortaya daha bir əsaslı şübhə çıxarıb».

Mənbə Elman Rüstəmovun «patronluğu» ilə 400 milyonluq layihədən tutmuş, «Planet» restoranı yaxınlığında iki hektara qədər ərazinin ələ keçirilməsinə kimi, çox ilginc məsələlərdən də söz açıb. Bu «əməliyyat»ların başında duran adamların sərvətləri isə heyrət doğurmaya bilməz.

Bu və ya digər məsələlərlə bağlı «Reytinq»in araşdırmalarını növbəti saylarımızda oxuya bilərsiniz. 

Qarşı tərəfin mövqeyinə də yer ayırmağa hazırıq.
 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024