Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (2-03-2015, 15:22)
Mirşahin manatdan danışdı: Pulun var? Var, var... – Video

“Sanki kiməsə elə gəlirdi ki, bu mövzuda ətraflı susurlarsa, vəziyyət düzələcək”


Mediatv.AZ manatın ucuzlaşması haqqında Mirşahin Ağayevin ANS TV-də yayımlanan həftəlik “Hesabat” verilişində yayımlanan sujeti təqdim edir.

Həmişə elə bilmişik ki, dövlətin simvolları bunlardır: gerb, bayraq, himn, vəssalam. Amma məncə milli valyutanı da bu sıraya aid etmək lazımdır. Və dar ayaqda onun arxasından qaçanların da mütləq cəzası olmalıdır. Bəlkə də hissə qapılıram, amma düşünürəm ki, mütləq belə olmalıdır. Çünki dövlət vətəndaş münasibətlərində milli valyutanın - bizim situasiyada təbii ki, manatın rolu müstəsnadır…

İfrat bərkimiş manatın yumşalma prosesi asan keçmir. “Şirvan”, “Qız Qalası”, “Məmmədəmin” istifadəçisi olduğu yaxın keçmişi çoxdan unudan istehlakçı əməlli-başlı ərköyünləşib. 

Niyə də yox. Gah dünyanı, gah Avropanı bürüyən müntəzəm qlobal böhranlar Azərbaycandan yan keçir, qarışıq bölgənin ortasında ölkə sabitlik və inkişaf adası təsiri bağışlayır. Dövlətlər kəmərini sıxır, orta statistik azərbaycanlı portretində isə ən gözə girən hissə qarın olaraq qalır. Tərəqqi fontan vurur… Azərbaycan adamının ağzı isti yerdədir və birdən nəsə baş verir.

Ərköyün vətəndaşın öyrəşmədiyi nəsə. Manatın kursunun dəyişməsi barədə xəbər əslində təzə deyildi. Hələ təxminən bir ay əvvəl Prezident bəyan etmişdi ki, manat ifrat möhkəmlənib və bu dövlətin bir sıra beynəlxalq ticari-iqtisadi əməliyyatlarında problemlər yaradır. İlham Əliyev kateqorik olmasa da, vəziyyətin dəyişəcəyinə işarə vuran anons etmişdi:

“Hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, 1 manat 1 avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək”.

Elə ən maraqlısı da burasıdır ki, xəbərdarlığa baxmayaraq cəmiyyət gözlənilən aqibətə hazır olmadı. Əsl panika başladı. Manat məzənnədən düşdükcə, dolların hörməti artmağa üz qoydu. Nəinki varlılar, hətta evində qara günə 300-500 manat pul saxlamışlar da valyutadəyişmə məntəqəsinə qaçaraq dollara növbəni bir adam boyu daha uzatdı. İş o həddə çatdı ki, məntəqələr “dollar yoxdu!” deyə boyunlarını burdular. Küyə düşən marketlər, dükanlar öz qapılarını istehlakçının üzünə bağladılar, ən çox ehtiyac olan mallar, məhsullar piştaxtalardan yığışdırıldı. Bir neçə günün içində əməlli başağrısına çevrilən manat-dollar toqquşması xəsarət almış istehlakçını dərman ardınca apteklərə qovdu, amma boş yerə… Apteklər dərman satmadılar!!!

Bəs niyə belə oldu axı? Niyə vətəndaş öz dövlətinə inanmadı? Səbəblər üzərində işləyək və görək vəziyyətdən çıxış yolu tapa bilirikmi? Düşünürəm ki, prosesin əvvəlindən yumşaq desək boşluqlara yol verilmişdi. Bu addım atılarkən məlumat və izahat verməyə borclu olan, amma bunu etməyən qurumları müvafiq ardıcıllıqla sadalayaq. 

1. Mərkəzi Bank. Əlbəttə onun rəhbəri mütləq çıxış etməli idi. Özü də ən sadə vətəndaşın, ən adi istehlakçının anlaya biləcəyi bir dildə. Yəni peşəkar bilik nümayiş etdirmək, dolaşıq vəziyyətə salınmış cəmiyyətdə ağıllı görünmək iddiası arxa plana keçməli idi. Yaranmış və yaranacaq vəziyyət barədə Mərkəzi Bank açıq danışmalı və vətəndaşı, istehlakçını onu gözləyən aqibətə hazırlamalı, situasiyadan az itkiylə çıxmağın yolunu deməli idi. Daha hörmətli Elman müəllim Rüstəmov kimi yox. O, vur-tut iki dəfə ortaya çıxdı. Bir dəfə “Financial Times”a. Təbii ki, onun orda qeyd etdiklərini əvvəla dil fərqimizə və cənab Rüstəmovun təbrinicə desək kommunikasiya probleminə görə anlamadıq. İkinci çıxış isə Azərbaycan dilində olsa da yenə də anlaşılmadı və necə deyərlər, tarixi nadir kitabını yarıyadək oxuyanlar da bir şey başa düşmədilər. Məsələn, Elman müəllim gah deyirdi ki, manatın kursunun dəyişdirilməsinə bir səbəb yoxdur, amma orasını demirdi ki, səbəb yoxdursa, bəs onda bunu niyə dəyişirlər… 

2. Məsuliyyət qrafiki üzrə ikinci yer: İqtisadiyyat və Sənaye Nazirliyinə məxsusdur. Bu qurumun nəzdində Antiinhisar departamenti var. Aydın məsələdir ki, belə vəziyyətdə camaatın qarşısına o çıxmalı idi və məsələn, deməli idi ki, ay mənim xalqım, narahat olma, hər şey nəzarət altındadır, biz mütəmadi reydlər keçiririk, vəziyyətdən sui-istifadə edən əclaflara və yaramazlara qarşı dövlətin bütün sərt qanunlarını qoymuşuq, süni qiymət artımının qarşısını alırıq. Əlbəttə belə vəziyyətdə qabaq düşmək istəyənlər var, amma adamın gərək vicdanı da olsun… və sair, və sair deməli idi… Bir sözlə, Antiinhisar departamenti burada özünü ən pis tərəfdən göstərdi. Doğrudur, sonradan qurum bir az fəallaşdı, hətta kimlərisə cəzalandırdı da, amma qatar artıq getmişdi…

3. Məsuliyyət cədvəlində 3-cü yer Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindir. Axı bu gün heç bir gəliri olmayan, yalnız sosial yardım umuduna qalanlar var. Axı Prezidentin apardığı islahatlar Azərbaycanda yoxsulluğun səviyyəsini 6 faizə qədər aşağı salıb. İndi qəflətən həmin rəqəm dəyişə bilər. Və dəyişməsin deyə nə etmək lazımdır? Və ən maraqlı burasıdır ki, nadir adamlardan, nadir məmurlardan olaraq Səlim Müslümov bu barədə danışdı.

4-cü yer. 4-cü məsuliyyət yeri. Və nəhayət, Nazirlər Kabineti. Bütün proseslərin önündə getməli və bir növ əsl qərargaha çevrilməli olan hökumət! O, ümumiyyətlə, gözə görünmədi. Bir sözlə hamı qaçıb gizləndi. Nazirlər Kabineti var. Yəni nazirlər var. Kabineti var, amma onlar kabinetdən çıxmadılar. Sanki kiməsə elə gəlirdi ki, bu mövzuda ətraflı susurlarsa, vəziyyət düzələcək, manat düşməyəcək və ya dollar qalxmayacaq…



 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024