Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (23-02-2015, 12:12)
ABŞ nefti bahalaşdırdı

 

Amerika Neft İnstitutu (API) ilə ABŞ Energetika Nazirliyinin ölkənin neft ehtiyatları barədə açıqladığı məlumatların üst-üstə düşməməsi şənbə günündən başlayaraq dünya bazarında neftin qiymətini qaldırıb

 

Ans press-in məlumatına görə, hazırda Brent markalı neftin barreli cümə axşamı qeydə alınmış 58 dollardan xeyli artaraq 60 dolları keçib. Hazırda Brent neftininin barreli 60,37 dollara çatıb. WTI markalı neftin qiyməti isə barrel üzrə 50,74 dollardır.
Keçən cümə axşamı ABŞ Energetika Nazirliyi bəyan etmişdi ki, fevralın 13-də başa çatmış həftə ərzində neft ehtiyatları 7,716 mln barrel artaraq 80 il üzrə tarixi maksimuma - 425,64 mln barrelə çatıb. Həmin gün Amerika Neft İnstitutu isə bildirmişdi ki, həftə ərzində neft ehtiyatları 14,3 mln barrel artaraq 428 mln barrelə çatıb. "CBC Energy" analitiklərinin fikrincə, API-nin göstəricilərinin statistika ilə üst-üstə düşməməsi bazarı şoka salıb.
“Reuters”in fikrincə, ABŞ-da qazma qurğularının sayının azalması açıqlanarsa, bu, neftin qiymətini daha da artırar.
“Rosneft”in rəhbəri İqor Seçin bildirib ki, sahəyə sərmayə yatırmaları bərpa edilərsə, neftin qiyməti barrel üzrə 80 dollara qədər qalxa bilər.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024