Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (21-02-2015, 16:55)
Əli Məsimlidən manatın ucuzlaşmasına münasibət

“Hökumət bəzi layihələri təxirə salacaq”

 

 
“Son illər Azərbaycan iqtisadiyyatında neft amilinin rolu bir qədər azalsa da, hələ də kifayət qədər yüksək olaraq qaldığından, neftin qiymətinin aşağı düşməsi Azərbycan iqtisadiyyatına təsirsiz ötüşmür”
Bu haqda Modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli məlumat verib.
O, bildirib ki, hökumətin proqnozlarına görə, bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 35 faizə qədəri, büdcə gəlirlərinin 65 faizi neft amili hesabına formalaşacaq: “Xarici ticarətin 90 faizindən çoxu neft amili ilə bağlı olduğndan, dünya bazarında neftin qiymətinin hər ucuzlaşan dollarına görə ölkəmizin ÜDM-si təqribən 226 milyon manat, ixrac 260 milyon dollar, Dövlət Neft Fondunun gəlirləri 108 milyon manat, büdcə gəlirləri 26,5 milyon manat azalır”.
İqtisadçı deputat qeyd edib ki, bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı hələlik makroiqtisadi tarazlığını qoruyub saxlaya bilir: “Əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycan tədiyyə balansının cari hesabını profisitlə başa vurdu. 2015-ci ildə də profisitinin mütləq mənada məbləği azalmağa başlayacaq, amma yenə profisit olacaq.
Azərbaycanın ixracının həcmi idxalı 2,6 dəfə üstələyir. Bununla yanaşı, Azərbaycanın 50 milyard dolların üstündə olan strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizinə çatır. Strateji valyuta ehtiyatları dövriyyədəki manat kütləsindən 2,5 dəfə çoxdur. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Həmin göstəricilər belə bir fikir söyləməyə əsas verir ki, hökumət 2015-ci ildə, ümumiyyətlə, makroiqtisadi sabitliyi nisbi anlamda saxlaya biləcək”.
Əli Məsimli deyib ki, baş verənlərin fonunda ölkədə həyata keçiriləcək layihələrdən 2 və 3-cü dərəcəli olanlar ertələnəcək: “Son həftənin nəticələri göstərdi ki, makroiqtisadi sabitliyin çox mühüm komponenti olan manatın məzənnəsini bundan sonra əvvəlki 3 ildə olduğu kimi, 1 dollar = 78 qəpik nisbətində saxlamaq mümkün olmayacaq. Ona görə də bir tərəfdən neftin qiymətinin aşağı düşməsi ilə bağlı olaraq əsas itkilərimiz daha çox neft gəlirləri ilə bağlı olacaq. Əgər neftin qiyməti bu ilin ortalarına qədər hazırkı səviyyədə qalarsa, onda bu vəziyyət büdcə gəlirlərinin 530 milyon manat və ya 2,7 faiz, yox əgər ilin sonuna qədər davam edəcəksə, onda təqribən 1 milyard manat civarında və ya 5,4 faiz azalmasına gətirib çıxaracaq.
Amma bu birinci dərəcəli layihələrin icrasına mənfi təsir göstərməyəcək. Yalnız ikinci, üçüncü dərəcələi layihələr ertəniləcək”.
Deputat hesab edir ki, manatın devalvasiyası büdcə gəlirlərinin bir qədər artmasına gətirib çıxaracaq: “Bu iki amilin təsiri ilə büdcə proqnozlarında göstərilən rəqəmlərdə müəyyən fərqlər əmələ gələcək. Birinci amil gəlirləri azaltsa da, manatın devalvasiya amili gəlirləri bir qədər artıracaq. Fərq orta hesabla 2-3 faiz, ən pis halda isə büdcə gəlirlərinin 5 faiz azalması şəklində özünü göstərə bilər”.
“Baş verənlərin fonunda büdcəyə yenidən baxıla bilərmi” sualına cavab olaraq deputat deyib ki, büdcəyə yenidən baxmaq əvəzinə mümkün qədər qənaət etmək lazımdır: “Düşünürəm ki, hökumət, bununla əlaqədar ilin ortasında büdcəyə yenidən baxmaqdansa, səfərbərlik ssenarisinə keçib əlavə mənbələr hesabına gəlirlərin artmasına nail olmalı və həm də xərcləmələrdə qənaət rejiminə keçməlidir. Lüzumsuz zərcləri azaltmaqla büdcədə minimun kəsirlə nisbi balansın qorunub saxlanılmasını zəruri hesab edirik”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024