Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (19-01-2015, 23:41)
Azərbaycanda avro ucuzlaşır - Tövsiyyə

Ekspertlər vətəndaşlara öz əmənətlərini üç valyutadan ibarət səbətdə saxlamağı tövsiyyə edirlər

Dünən Azərbaycanda avronun manata qarşı rəsmi məzənnnəsi təxminən 13 illik minimuma enərək 0,9065 manat təşkil edib.
"Həftə içi"nin Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, 2002-ci il yanvarın 1-dən nağd dövriyyəyə buraxılan avronun keçən müddət ərzində ən aşağı məzənnəsi 2002-ci il mayın 29-da qeydə alınıb və 0,9041 manat (milli valyutanın denominasiyasına qədər - 4 520,49 manat) təşkil edib. Qeyd edək ki, avronun Azərbaycanda ən yüksək rəsmi məzənnəsi isə 2008-ci il aprelin 23-də qeydə alınıb və 1,3235 manat olub.
Bəs, görəsən, avronun ucuzlaşması davam edəcəkmi? Bu proses Azərbaycanın valyuta ehtiyatlarına hansı formada təsir göstərəcək? 
Məsələyə münasibət açıqlayan İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov «Həftə içi»nə bildirir ki, Avropa iqtisadiyyatı üçün proqnozlaşdırılan tənəzzül avronun məzənnəsinin bundan sonra da düşəcəyini deməyə əsas verir. Onun sözlərinə görə, ABŞ Mərkəzi Bankının həyata keçirdiyi son maliyyə siyasəti nəticəsində avronun məzənnəsi sürətlə aşağı düşüb və eyni zamanda gözlənilir ki, Amerika Mərkəzi Bankı hazırki siyasətini müəyyən müddət davam etdirəcək. Məqsəd avronun məzənnəsinin aşağı düşməsi ilə Avropa iqtisadiyyatını müəyyən qədər durğunluqdan xilas etməkdir: “Belə ki, avronun məzənnəsi aşağı düşürsə, bu zaman Avropada istehsal olunan məhsulların maya dəyərində ucuzlaşma baş verir ki, bu da dünya bazarlarında bu məhsulların rəqabət aparma qabiliyyətini artırır. Gözlənilir ki, bu prinsip bundan sonra da davam etdirilsin. Çünki Rusiya ilə Avropa Birliyi arasındakı siyasətin yaratdığı gərginlikdən sonra Rusiya Avropada istehsal edilən bir sıra məhsullara embarqolar tətbiq etməyə başlayıb. Nəticədə bu məhsulların dünyanın digər hissələrində özünə bazar tapması zəruri hala çevrilib. Bu səbəblərdən də hələ ki, avronun ucuzlaşması prosesi davam edir”.

Avro ilə saxlanan ehtiyatların bir hissəsi satıla bilər

Avronun ucuzlaşmasının Azərbaycanın valyuta ehtiyatlarına necə təsir göstərəcəyinə gəlincə, ekspert bu məsələnin hələlik ciddi risk yaratmadığını deyib. Rəşad Həsənovun fikrincə, avro ucuzlaşırsa, bu zaman həm bankların, həm Azərbaycandakı kimi fondların avro ehtiyatlarının bazara çıxarılması prossesi başlayır: “Bu, özü belə baş verən avro ucuzlaşması prosesini tətikləyən bir amilə çevrilir. Gözləniləndir ki, bu proses davam etdiriləcək və dünya bankları avro ilə saxladıqları ehtiyatların bir hissəsini zərəri azaltmaq məqsədilə əldən çıxarmağa çalışacaqlar. Lakin burda qısamüddətli dövr üçün nəzərdə tutulmuş ehtiyatlardan söhbət gedir. Uzunmüddətli dövr üçün nəzərdə tutulan ehtiyatlarda avronun bazara çıxarılması və satılması istiqamətində o qədər də sürətli tendensiya gözlənilmir. O cümlədən də Azərbaycanda Neft Fondunun ehtiyatlarının bir qismi avro ilə saxlanılır və avronun ucuzlaşması vəsaitlərin həcminə mənfi təsir edir. Lakin düşünmürəm ki, Neft Fondu avro ilə olan vəsaitləri digər valyutalarla dəyişdirmək istiqamətində hansısa addımlar atsın. Çünki Neft Fondunun strategiyası daha uzunmüddətli perspektiv üçün hesablanıb”.

Avroda saxlanılan rezervlər azdır, amma...

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev isə “Həftə içi”nə bildirib ki, son günlər avronun kəskin enişinin əsas səbəblərindən biri Yunanıstanda siyasi böhranın dərinləşməsidir. Onun sözlərinə görə, Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu Yunanıstana 10 milyardlarla avro həcmində yardımları yalnız dövlət xərclərinin kəskin azaldılması əvəzində verir: “Avronun ucuzlaşmasının başqa səbəbi də var. Avropa Mərkəzi Bankının prezidenti Mario Draghi son müsahibələrində deyib ki, avrozonada deflyasiyadan narahatdır və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlər paketi hazırlamaq yönündə daha ciddi düşünür. Bu müsahibədən sonra biznes adamlarında əminlik daha da artıb ki, yeni tədbirlər avronun daha da dəyərdən düşməsinə təkan verə bilər. Bundan başqa ABŞ Mərkəzi Bankının faiz dərəcələrini yenidən qaldırması ehtimalının artması da avronun məzənnəsinə mənfi təsir edir. ABŞ faiz dərəcələrini qlobal maliyyə böhranı başlanan kimi aşağı salmışdı. Amma Amerika iqtisadiyyatı böhrandan çıxma istiqamətində hərəkət etdikcə, işsizlik faizi düşdükcə, Amerika rəsmiləri bu cür stimullaşdırma tədbirlərindən imtina haqda daha tez-tez danışmağa başlayıblar”. 
Avronun dəyərsizləşməsi fonunda Azərbaycan iqtisadiyatına dəyən mümkün təsirləri qiymətləndirən iqtisadçı bildirib ki, Azərbaycanın avroda saxlanılan rezervləri böyük həcmdə deyil. Oqtay Haqverdiyev deyir ki, cəmi 20-30 faizlık valyuta ehtiyatına müəyyən problemlər yarana bilər. Onun fikrincə, baş verən itkiləri kompensasiya etmək üçün Mərkəzi Bank və Dövlət Neft Fondu bir sıra addımlar atır: “Artıq müxtəlif valyutalardan ibarət səbət yaradılıb. Bundan başqa, ötən ildən başlayaraq həm qızıla, həm də daşınmaz əmlaka yatırımlar qoyulur. Bununla Azərbaycan valyuta ehtiyatlarını qorumağa çalışır». 
Ekspert həmçinin vətəndaşlara müraciət edərək deyib ki, əhalinin əmanətlərini banklara üç valyutada yatırmaları daha məqsədəyğundur. Oqtay Haqverdiyev bildirir ki, Azərbaycanda dolların məzənnəsi artdığı halda, avroda müəyyən dəyişikliklər nəzərə çarpır. Onun fikrincə, banklara avroda əmanət yatıran vətəndaşların daha az itkidən çıxmaq üçün pullarını dollar, avro və manat şəklində saxlamaları daha yaxşı olar. Burada manat, dollar və avronu nəzərdə tuturam. Çünki birinin məzənnəsi qalxıb, digərininki aşağı düşəndə bir-birini kompensasiya edə bilirlər».
Sevinc

ÇIXARIŞLAR

Rəşad Həsənov: “Avronun məzənnəsi aşağı düşürsə, bu zaman Avropada istehsal olunan məhsulların maya dəyərində ucuzlaşma baş verir”
Oktay Haqverdiyev: “Banklara avroda əmanət yatıran vətəndaşların daha az itkidən çıxmaq üçün pullarını dollar, avro və manat şəklində saxlamaları daha yaxşı olar”

 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024