Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (19-11-2014, 18:51)
Pelenin narkobaron oğlu həbs edildi

Əfsanəvi futbolçusu Pelenin (tam adı Edson Arantis du Nasimentu) oğlu, daha çox Edinyo adı ilə tanınan Edson Şolbi Nasimentu narkomafiyanın pullarının yuyulmasına dair iş üzrə həbs edilib

 

Bu barədə "RİA Novosti" xəbər verib.Bir qədər əvvəl məhkəmə Pelenin oğlunu narkotik ticarətindən əldə olunan pulların yuyulmasına görə 33 il müddətinə azadlıqdan məhrum edib. Bu iş üzrə San-Paulu məhkəməsi daha 3 nəfəri mühakimə edib. Mühakimə olunanların vəkilləri apelyasiya vermək niyyətində olduqlarını bildiriblər. Lakin ona baxılana kimi Edinyo azadlıqda qalacaqdı.
“Assoşieyted Press” agentliyinin məlumatına görə, çərşənbə axşamı məhkəmə Edinyonun azadlıqda qalmasına dair hökmü ləğv edərək onu həbs edib. Hakim Süzanna Pereyranın bəyan edib ki, müttəhim həbs olunmalıdır.
Edinyonun vəkilləri Braziliya mətbuatına bildiriblər ki, onlar müdafiə etdikləri şəxsin dərhal azad edilməsini tələb edəcəklər. Pelenin mətbuat xidməti qeyd edib ki, əfsanəvi futbolçu öz oğlunun həbsini şərh etmir.
Qeyd edək ki, bu işin araşdırılmasına hələ 2005-ci ildən başlanılıb. Edinyoya məşhur narkotik alverçiləri ilə əlaqələrdə və narkotiklərin ticarətində iştirakla bağlı ittiham irəli sürülür. O, özü bütün ittihamları qətiyyətlə rədd edir, yalnız narkotiklərdən istifadə etdiyini etiraf edərək onun satışında iştirakını inkar edir. Edinyo ötən əsrin 90-cı illərində atasının dünya şöhrəti qazandığı “Santos” klubunda oynayıb 
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024