Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (26-02-2014, 16:22)
Rauf Əliyev püşkün nəticəsindən razı deyil

 

"Çox ağır bir qrupa düşdük. Fikirləşirdik ki, bu seçmə mərhələdə nəsə edə bilərik. Çünki yeni reqlament bir qədər işimizi asanlaşdırır. Buna görə də pley-off-a vəsiqə qazanmaqla final mərhələsinə yüksələcəyimizə ümidimiz var idi. Ancaq belə rəqiblərlə düşməyimiz heç yaxşı olmadı" 

 

 

 “Mediatv.az” xəbər verir ki, Qol.Az saytına açıqlamasında bu sözləri millli komandamızın hücumçusu Rauf Əliyev deyib.

"Bakı" klubunun kapitanı yığmamızın "Avro-2016"nın seçmə mərhələsində yer aldığı qrupu dəyərləndirib. O, bildirib ki, millimiz çox çətin qrupa düşməsinə baxmayaraq, hər bir rəqibdən xal almaq gücündədir: " İtaliya həmişə olduğu kimi çox güclüdür. Xorvatiya son illər xeyli güclənib. Yaxşı heyətləri var. Bu komandalar qrupun aşkar favoritidir. Norveç və Bolqarıstan haqda məlumatım yoxdur. Maltanı isə məğlub edə bilərik. Biz yenə də mübarizə aparacağıq. Hər şey etmək mümkündür". 

R.Əliyev millimizin üçüncü yeri hədəf seçdiyini bunun üçün isə Bolqarıstan və Norveçlə mübarizə aparacaqlarını qeyd edib:  "Ancaq öz meydanımızda istənilən rəqibdən xal ala, hətta qalib də gələ bilərik.  Millimiz doğma divarlar arasında həmişə yaxşı, inamlı çıxış edib. Bizi əsasən səfərdə çətin oyunlar gözləyir. Norveç, Xorvatiya və Bolqarıstan standart vəziyyətlərdə çox təhlükəlidirlər, güc futboluna üstünlük verirlər. Ona görə də çalışmalıyıq ki, ev oyunlarında maksimum nəticə qazanaq. 

Yığmamız seçmə mərhələnin ilk oyununu doğma meydanda Bolqarıstana qarşı keçirəcək. R.Əliyev bunu müsbət qiymətləndirib: "Adətən ilk oyunu səfərdə keçirmişik. Bu dəfə öz meydanımızda oynamağımız daha yaxşı oldu. Çünki doğma meydanda qalib gəlsək, futbolçularımızda inam hissi yaranar. Bunun da növbəti oyunlarda bizə böyük köməyi olar. Özü də sonrakı qarşılaşmalarımız İtaliya və Xorvatiyaya qarşı olacaq. Həmin görüşlərdən əvvəl bizə mütləq ruh yüksəkliyi verən bir qələbə lazımdır". 

R.Əliyev Topaz Premyer Liqanın növbəti turunda "Sumqayıt"la qarşılaşacaqları oyun haqda da danışıb: "Sumqayıt"ın son oyunda "Neftçi"yə 2:0 hesabı ilə qalib gəlməyi bizi vadar edir ki, bu rəqibə qarşı daha ciddi hazırlaşaq. Həmin qələbə olmasa, "Sumqayıt"ı o qədər də ciddiyə almazdıq. Fikirləşərdik ki, son pillələrdə gedən bir komandadır. Onu da deyim ki, "Sumqayıt" öz oyunu ilə "Neftçi"yə qalib gəldi. Həqiqətən onlar "Neftçi"ni üstələdilər. Matçın fraqmentlərini izləmişəm. "Sumqayıt" gənc futbolçulardan ibarət olsa da, çox gözəl təsir bağışlayırdı. Ona görə də bizi çox çətin oyun gözləyir. Hazırda rəqibimiz çox həvəslidir". 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024