Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (7-11-2014, 10:59)
“Psixoloji cəhətdən əziyyət çəkirik“

"Çətin və ağır oyun oldu. Belə olacağını bilirdik. Təəssüf ki, məğlub olduq. Sərfəli nəticə qazanmağa çalışdıq. Lakin ikinci qoldan sonra məğlubiyyətlə barışdıq"

 

Bu sözləri Qol.Az-a açıqlamasında "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində məğlub olduqları "Dnepr"lə görüşdən (1:2) sonra deyib. 
Təcrübəli futbolçu komandasının psixoloji cəhətdən əziyyət çəkdiyini bildirib: "Səhvlərimiz oldu. Rəqib bundan istifadə edərək iki qol vurdu. Halbuki onlara yaxın oynayırdıq. Qarşıda "Sent-Etyen"lə oyunumuz var.  Lakin hər kəs tələsir. Oyunçuları çox tərifləyirlər, havaya salırlar. Futbolçuları şişirdirlər. Sonra da psixoloji cəhətdən əziyyət çəkirik. Qrupda güclü komandalarla oynayırıq. Hazırki duruma düzgün yanaşmalıyıq. təbii ki, biz də pley-off-da oynamaq istəyərik. Ancaq tələsmək lazım deyil. Səbr etməliyik. 
Hər hansı futbolçunu fərqləndirmək istəməzdim. Komanda şəklində oynamaq istədik. Şansımız var idi. İlk hissədə yaxşı oynadıq. Ancaq ikinci hissədə rəqib irəli atıldı. Heç-heçə onları qane etmirdi. Biz əks hücumlardan istifadə etməli idik. Lakin istədiyimiz hücumlar qura bilmədik. Çumbinyonun olmamasına gəlincə, onun yeri görünürdü. Başqa oyunçu olsaydı, onu əvəz etmək olardı, amma ikinci pleymeykerin olmaması səbəbindən çətinlik çəkirik".
R.Sadıqov oyunun hakim idarəçiliyi haqda bunları bildirib: "Hakim oyunu pis idarə etmədi. Ola bilər ki, hansısa epizodda səhv yol versin. İlk hissədə Reynaldoya qarşı edilən edilən qayda pozuntusunu görmədim. Ona görə bu barədə danışmağım düzgün çıxmaz".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024