Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (1-11-2014, 10:02)
AFFA-nın sabiq prezidentindən ilginc açıqlamalar

Fuad Musayev: “Nə içki içirdilər, nə siqaret çəkirdilər, nə də arvadbazlığa gedirdilər”; "Zauru, Fərruxu məhv elədilər, Rəşada "vəhhabi" adı qoşdular"

 

 
“İndi də deyirlər Fuad Musayev gedəndən sonra hər şey batdı”. 
Bunu Bakı şəhərinin keçmiş I katibi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyalarının (AFFA) ilk prezidenti Fuad Musayev Lent.az-a müsahibəsində deyib.
Vaxtilə Azərbaycan futbolunun yeganə problemi kimi təqdim olunan Fuad Musayev artıq 11 ildir ki, AFFA prezidenti deyil. Artıq Foqts da çıxıb gedib. Bəs, hazırki situasiy nə deməyə əsas verir? Jurnalistin mövzu ilə bağlı suallarını cavablandıran keçmiş AFFA prezidenti kifayət qədər açıq danışıb: “Qoy, AFFA son 11 ildə yetişdirdiyi futbolçulardan heç olmasa birinin adını çəksin? ”Qarabağ"ın heyətində bizim uşaqlardı. Biz, keçmiş AFFA rəhbərliyi 1995-ci ildən 2003-cü ilə qədər üç dəfə yığmanın heyətini dəyişdik. 2003-cü ildən bu tərəfə yığmanın heyəti neçə dəfə dəyişib? Almaniyadan, nə bilim ordan-burdan futbolçu gətirib, familiyasını dəyişib yığmada oynatmaqla nə dəyişdi? Əfran kimi futbolçunu yığmaya çağırmırlar. Niyə?"
F.Musayev səhhəti pisləşən Aftandil Hacıyevə yardım etdiyini də xatırladıb: “Hər ay yüz dolar pul yollayırdım ona. 
18 nəfər futbolçu ilə təlim-məşq toplanışına gedəndə İcraiyyə Komitəsində şəxsən özüm deyirdim ki, 19-cu futbolçu Aftandil olacaq. Aftandilin perspektivini görürdüm. Səbuhi və Rəşad Sadiqov qardaşlarını da ”Şəfa"da saxlamışdım. Atası deyirdi ki, buraxın getsinlər “Neftçi”yə. Deyirdim ki, olmaz. “Şəfa”da maaş verilmirdi axı. Ataları da buna görə “Neftçi”də oynamaqlarını istəyirdi. Amma “Şəfa”da onları yaxşı geyindirirdim, yedizdirirdim. Elvin Məmmədovu Tovuzdan “Şəfa”ya gətirmişdik. Əfran kimi, Elvin kimi futbolçular batıb gedir. Niyə batırlar? Bütün bunların heç kimin vecinə deyil. Mən hər futbolçu ilə söhbət edirdim. Zaur Tağızadəni, Elçin Rəhmanovu, bir də Ruslan Musayevi Türkiyəyə, “Dardanelspor”a aparmışdım. Ata kimi baxırdım onlara. Bir aydan sonra ağladılar ki, istəmirik". 
F.Musayev deyib ki, futbolumuzda yaranmış xaosdan çıxış yollarını yazıb: “Bütün konsepsiyanı dəyişmək lazımdır. 18-21 yaşında uşaqlardan ibarət iki komanda yaratmaq lazımdır. Onların da başında Vaqif Sadıqov, Şahin Diniyev, Nazim Süleymanov kimi mütəxəssislər dayanmalıdır. Baxın da almanlara. 1998-ci ildə, dünya çempionatında fiaskoya uğradılar. Bundan sonra məşqçiləri, uşaqları seçdilər. İndi də bəhrəsini görürlər. Biz ”Şəfa"nı yaratmışdıq. Mən tez-tez Estoniyaya gedib gəlirdim. Estonlar bizdən nümunə götürdülər. İndi onları bir balaca böyüyən uşaqları İsveçə, Norveçə, İslandiyaya göndərirlər. Baxıram Estoniya yığmasının oyununa, əla oynayırlar. “Gəncə” pis vəziyyətdədi, yenə xaricdən futbolçu gətirir. Mən təklif edirəm ki, gələn ildən 3 komandanı - “Gəncə”, “Turan” və “Şəmkir”i premyer liqaya qaytarsınlar. Onlardan pul almasınlar. Onların qarşısında bir şərt qoyardım ki, bu komandaların heyətində ancaq yerli uşaqlar oynayacaq. Ömür boyu Gəncə, Tovuz Azərbaycana, “Neftçi”yə futbolçu verib. İndi nə oldu?" “Şəmkir” bir Badri, bir də Kulikovla qan eləyirdi. Qalanları hamısı öz uşaqları idi. Oradakı stadionlar batır. Daha sonra, iki-üç mövsüm premyer liqadan heç bir komandanın aşağı diviziona düşməsinə icazə verməzdim. O vaxt SSRİ çempionatında da belə idi. Üç il heç bir klubu çempionatdan aşağı göndərmirdilər. Şərait yaratsınlar, klublarda 18 yaşlı futbolçular oynasın. Eybi yox, qoy oynasınlar. Dörd ilə, beş ilə qırx nəfər futbolçu ordusu olacaq əllərinin altında. Şəxsən mən buna inanıram. Sadaladıqlarımı etmək lazımdır. Zaur Tağızadəni, Fərrux İsmayılovu məhv elədilər. Rəşad Sadıqova “vəhhabi” adı qoşdular".
F.Musayev bildirib ki, futbolçular onun vaxtında ibadətə başlayıb: “Rəşad Sadıqov, Tərlan Əhmədov, Emin İmaməliyev. Mən buna ancaq sevinirdim. Nə içki içirdilər, nə siqaret çəkirdilər, nə də arvadbazlığa gedirdilər. Bircə oruc tutmağı qadağan etmişdim. Xaricdə hara gedirdiksə, namaz qılmaq, məscidə getmək üçün onlara şərait yaradırdım. Nizam-intizam yüksək səviyyədə idi. Başa düşmürəm, namaz qılmağın nəyi pisdir ki? Ancaq saqqala qadağa qoyardım. Maradona olsan, hə, onda buyurub saxlaya bilərsən. Mən hətta musiqiyə belə fikir verirdim. Sovet vaxtı bir dəfə səhər tezdən ”Neftçi"nin bazasına getmişdim. Gördüm muğamata qulaq asırlar. A bala, səhər-səhər nə muğamat?! Futbolçu yuxudan duranda canlı, oynaq musiqi dinləməlidir".
Sabiq prezident deyib ki, Foqtsun yığmadan getməyində jurnalistlərin rolu çox böyük oldu: “Mən dəqiq bilirəm ki, AFFA-dakılar Foqtsa aşağı hesabla uduzmağı tapşırmışdılar. Xorvatlara 6:0 məğlubiyyət bunların planlarını pozdu. Hücumçuları topla təmin edəcək normal bir yarımmüdafiəçi yox idi. Hətta Rauf Əliyev də arxaya qaçırdı. Foqts səkkiz nəfər müdafiəçi meydana buraxırdı. Göstərərdilər də Portuqaliya ilə Bakıda 1:1 oynadığımız oyunu Foqtsa. Niyə İtaliyaya Bakıda 0:2 uduzduğumuz oyunu göstərmədilər Foqtsa? İsveçə onların meydanında 3:0 uduzduq, amma ikinci hissədə 4 dəfə ”ştanqa"ya vurduq. O vaxt İsveçin heyətində Larsson, Kennet Anderson oynayırdı. İndi  İtaliya da, İsveç də çox düşüb. Biz belə oynayırdıq.  
F.Musayev deyib ki,  Qurban Qurbanov gələcəkdə milliyə baş məşqçi ola bilər: “Bu vəziyyətdə Qurban yığmanın baş məşqçisi olsa, batacaq. Niyə bu uşağı məhv etmək istəyirsiniz? Uşaqları yetişdirmək üçün ən yaxşı məşqçi Vaqif Sadıqovdur. O, Foqtsdan da çox bilir”.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024