Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (22-09-2014, 17:40)
“Araz Naxçıvan“ rəhbərliyi futbolçuları necə aldadıb?

“Araz Naxçıvan“ rəhbərliyi futbolçuları necə aldadıb?

Premyer Liqaya gəldiyi gündən başı qalmaqallardan ayılmayan "Araz Naxçıvan"da maraqlı hadisələr baş verir

 

Gah baş məşqçi Əsgər Abdullayev futbolçuların maaşlarını əlindən almaqda günahlandırılır, gah oyun satan futbolçuları komandaya yığmaqda ittiham olunur.
 İndi isə Muxtar Respublika klubu ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Mediatv.az-ın əldə etdiyi məlumata görə, klub futbolçulara vəd etdiyi maaşı vermir. Məsələn, 1500 manatlıq müqavilə imzalayanlara 1000 manat verilir. Klub rəhbərliyi bu addımı maraqlı bəhanə ilə izah etməyə çalışır. Guya mövsümün startından əvvəl "Araz Naxçıvan"ın əvəzedici komandasının fəaliyyət göstərməsi nəzərdə tutulmayıbmış. Lakin sonradan AFFA-nın tələbi ilə bu komanda fəaliyyətə başlayıb. Komandanın təyyarə xərclərini AFFA ödəsə də, futbolçuların və məşqçilərin maaşlarını, həmçinin səfər xərclərini klub ödəyir. Bir sözlə "Araz Naxçıvan"ın büdcəsi iki yerə bölünüb. Buna görə də futbolçulara vəd olunan maaşlar verilmir.
Məlumata görə, artıq bu klub daxilində narazılıqlara səbəb olub. Bəzi futbolçular müqavilədə göstərilən maaşların verilməsini tələb edib. Klub rəhbərliyinin onlara cavabı belə olub: "gedin dərdinizi kimə deyirsiz-deyin". Çarəsiz qalan bəzi futbolçular qış fasiləsinə qədər gözləyib komandanı tərk etmək niyyətindədi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024