Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (4-09-2014, 18:30)
Bolqarıstan millisində qalmaqal

Futbol üzrə Bolqarıstan yığmasının üzvləri ölkə futbol federasiyasının rəhbərliyinə müraciət ünvanlayıb

 

"Mediatv.az" Azerisport.az-a istinadən xəbər verir ki, komanda üzvləri Fransada keçiriləcək AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanacaqları halda 2,2 milyon avro mükafat əldə etmək istəyirlər. Lakin Bolqarıstan Futbol İttifaqı onların bu istəyini qəbul etməyib.
Sentyabrın 2-də Bolqarıstan yığmasının üzvləri ilə BFİ rəhbərliyi arasında görüş də baş tutub. Lakin tərəflər yenə razılığa gələ bilməyiblər. Bu məsələnin AÇ-nin seçmə mərhələsi çərçivəsindəki Azərbaycanla ilk oyundan sonra yenidən gündəmə gəlməsi gözlənilir.
Qeyd edək ki, UEFA AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanacaq hər ölkə yığmasına 5,5 milyon avro ayıracaq. Bu üzdən bolqar futbolçular həmin gəlirdən 40 faizinin də onlara verilməsini arzulayırlar.
Federasiya rəhbərliyinin bu imtinasına səbəb isə onların oyunçuların tələb etdiyi məbləği yüksək hesab etməsidi. Digər tərəfdən UEFA növbəti Avropa Çempionatının formatında və iştirakçı sayında dəyişiklik etdiyi üçün qitə birinciliyinə vəsiqə qazanmaq xeyli asanlaşıb və bu üzdən BFİ hədər yerə oyunçulara artıq mükafat vermək istəmir.
Qeyd edək ki, Bolqarıstanla Azərbaycan arasındakı oyun sentyabrın 9-da Bakıda keçiriləcək.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024