Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (14-08-2014, 15:45)
“Hafka“ya yanlış məlumat verilib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandasındakı futbolçuları alan klublara sərt reaksiya verib

 

Belə ki, klub prezidenti verdiyi müsahibələrin birində məsələyə belə münasibət bildirib: “Axı "Simurq” və “Qarabağ”ın nə ixtiyarı var ki, mənim futbolçularımı aparıb?”
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov da klubun bəzi futbolçularının "oğurlanmasına" belə münasibət bildirib: "İndi "Qarabağ"la "Simurq" heç bizə bir zəng etməyə ehtiyac duymadan futbolçularımızı öz heyətinə qatır. Artıq onların bu oğurluğu ilə bağlı AFFA-ya müraciət etmişik. “Qarabağ”la “Simurq”dan FİFA-ya da şikayət edəcəyik. "Bakı"nın akademiyası ondan ötrü çalışmır ki, yetişdirdiyi futbolçular pulsuz olaraq başqa klublara keçsinlər”.
Publika.az saytı “Bakı” klubu rəhbərliyinin dediklərinə münasibət bildirməsi üçün “Qarabağ”ın direktoru Emrah Çelikellə əlaqə saxlayıb. Klub rəsmisi məsələnin Hafiz Məmmədova düzgün çatdırılmadığını deyib: “Bizim “Bakı” klubunun rəhbərliyi ilə həmişə yaxşı münasibətlərimiz olub. Heç vaxt hansısa komandanın futbolçusunu oğurlamaq kimi bir fikrimiz olmayib. Həmin futbolçular bizə azad transfer kağızları ilə gəldilər və komandamıza qəbul olunmaq istədilər. Dünyanın hər yerində bir futbolçu əlində azad transfer vərəqəsi ilə sizə müraciət edirsə, deməli, əvvəlcədən məxsus olduğu klubla tamamən ayrılıb və istədiyi komandaya keçmək hüququna sahibdir.
Emrah Çelikel
Məncə, Hafiz bəyə məsələləri başqa cür çatdırıblar. Mən şəxsən özüm futbolçular düşərgəmizə gələndə onlarla müqavilə bağlananadək Yaşar bəylə ünsiyyətdə olmuşam. Hətta ona da bildirmişəm ki, biz sizin düşdüyünüz çətin vəziyyətdən istifadə edirmiş kimi görünmək istəmirik”.
Emrah Çelikel Yaşar Seyidovun da dediklərini təkzib etdi: “Yaşar bəylə həmişə yaxşı münasibətlərimiz olub. Ancaq indi niyə belə danışır, özüm də başa düşmürəm. “Bakı”nın iki futbolçusu bizim komandaya gəlmək istədiklərini dedikləri andan etibarən onun özü ilə ünsiyyətdə olmuşam”.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024