Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (17-02-2019, 17:24)
“Qarabağ”ın əcnəbisi: Polşa cəhənnəminə dönmək istəmirəm

 Polşadan ötrü tam darıxmıram. Çünki əla futbol mühiti tapmışam. Yalnız ailəm üçün darıxıram.
Mediatv.az  xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak deyib.
Polşalı futbolçu ölkəsində “Sport” jurnalına verdiyi müsahibəsində maraqlı fikirlər səsləndirib. O, qeyd edib ki, Azərbaycanda futbol atmosferi Polşadakından yaxşıdır:
“Qarabağ”da “Legiya”dakından az təzyiq var. Burda o qədər də çılğın azarkeşlər yoxdur. Ölkəmdə baş verənlərə çox vaxt gülürəm. Polşa cəhənnəminə dönmək istəmirəm. Forumlarda və sosial şəbəkələrdə baş verənləri izləyirəm. Parkinqlərdə dayanıb rəqib komandaları gözləmələr və ya formaların əyinlərindən çıxarılması... Yersiz hadisələr çoxdur. “Qarabağ”da belə şeylərin olmamasına sevinirəm”.
Jezniçak iki ölkənin müqayisəsini də aparıb:
“Təbii ki, iki ölkə arasında fərqli mədəniyyət, fərqli din var. Çox görünməsə də, İslam orda hakim dindir. Şəhər və ölkə çox gözəldir. Xaricdən gələnlərə qarşı xoş münasibət bəslənilir. Əksər insanlar ingilis dilində danışır. İngilis dilində bilməyənlər rusca danışırlar. Rus dili isə polyak dilinə yaxındır”.
Qeyd edək ki, Yakub Jezniçakın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. “Qarabağ” hələ 32 yaşlı mərkəz müdafiəçisi üçün yeni müqavilə təklif etməyib.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024