Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (9-12-2018, 13:00)
Bakıda parkur gimnastika növü üzrə təqdimat xarakterli kurslar keçirilib

 FIG-nin Konqresində (2-3 dekabr) qəbul edilən qərara əsasən, Parkur rəsmi olaraq gimnastika proqramına daxil edilib.
Mediatv.az  AGF-ya istinadən verdiyi məlumata görə, elə bu fürsətdən yararlanaraq, paytaxtımızda bu idman növü ilə yaxından tanış olmaq üçün təqdimat xarakterli kurslar təşkil olunub və kurslarda 12 ölkənin, eləcə də Azərbaycan nümayəndələri iştirak ediblər.
Seminarın təqdimatçısı isə bu idman növünün yaradıcılarından sayılan, "Yamakasi" filimində rol almış Şarl Perye olub. Təmsil etdiyi idman növünün FIG-nin proqramına daxil edilməsi sevincini yerli jurnalistlərimizlə bölüşən Perye öz müsahibəsində bu idman növünün gələcək inkişafından danışıb: "Parkurun rəsmi olaraq FIG-yə daxil edilməsi onun inkişafına müsbət təsir göstərəcək. Biz bütün dünyaya göstərmək istəyirik ki, parkur necə maraqlı idman növüdür. Əlbəttə qarşıda görməli olduğumuz çox işlər var. Ən əsası bu növ üzrə yarışların sayının artırılmasıdır. Artıq parkur böyük idmanın bir hissəsinə, Bakı isə bizim üçün əsl sürpriz şəhərə çevrildi".
Sözügedən kurslar nəzəriyyə və təcrübi hissələrdən ibarət olub və iki gün davam edib.
Qeyd edək ki, parkur üzrə ilk dünya çempionatının 2020-ci il may - iyun aylarında təşkil edilməsi planlaşdırılır.
шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024