Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (24-10-2018, 19:30)
“Neftçi” – “Qarabağ” matçı “El Klasiko”ya görə tez başlayacaq - AÇIQLAMA

“Neftçi” – “Qarabağ” matçı “El Klasiko”ya görə tez başlayacaq - AÇIQLAMA

 

Oktyabrın 28-də İspaniya La Liqasının X turu çərçivəsində “El Klasiko” – “Barselona – “Real” görüşü keçiriləcək. 

Mediatv.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:15-də başlayacaq derbi Azərbaycan Premyer Liqasının IX turun oyunlarının qrafikinə də təsir edib.

Belə ki, Azərbaycan çempionluğu üçün vacib görüş olan “Neftçi” – “Qarabağ” matçı bu səbəbdən daha erkən - saat 17:00-da başlayacaq.

Oyunların təqviminin müəyyənləşdirilməsi ilə məşğul olan Peşəkar Futbol Liqasına müraciət etdik. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev bu sualımıza belə cavab verdi: 

“Əvvəldən heç bir oyunun vaxtı təyin olunmamışdı. Ümumiyyətlə, oyunun vaxtı turdan öncə müəyyənləşir. Bununla bağlı çempionatın yayım hüququna malik olan “CBC Sport”la və klublarla danışırıq. Klublardan razılıq aldıqdan sonra oyunların vaxtını təyin edib “CBC Sport”a veririk, onlar da həftəlik proqramlarını açıqlayırlar. 

Bilirsiniz ki, “CBC Sport” İspaniya, İtaliya kimi çempionatları da yayımladığından onlarda həftəsonları qrafik sıx olur. Ona görə də oyunların vaxtını “CBC Sport”un iş qrafikinə mane olmayan tərzdə salmağa çalışırıq.

Premyer Liqanı efirə vermək üçün onlara hansı vaxtların sərf etdiyini soruşuruq. Eyni zamanda, klublardan soruşuruq ki, oyunların vaxtını bu vaxta salmaq istəyirik, etiraz etmirsiniz ki? Onlar etiraz etmədikdə oyunların vaxtını təyin edirik. Amma oyunun vaxtı əvvəl saat 19:00-a təyin olunub, sonra 17:00-a çəkilməsi olmayıb”.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024