Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (7-10-2018, 12:30)
Makqreqorla Nurməhəmmədovun qarşılıqlı atmacaları

Makqreqorla Nurməhəmmədovun qarşılıqlı atmacaları

 

Bu gün keçiriləcək UFC üzrə qaydasız döyüş bütün dünyanın diqqət mərkəzində olacaq.

Mediatv.az  xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində milliyyətcə avar olan rusiyalı Həbib Nurməhəmmədovla irlandiyalı Konor Makqreqorarasında keçiriləcək döyüş yüngül çəkidə ən güclünü müəyyənləşdirəcək.

Tərəflər hələ döyüşdən öncə bir-birləri haqda maraqlı açıqlamaları ilə diqqət çəkib. “Mistik Mak” ləqəbli, 24 görüşün 21-də qalib gəlmiş 30 yaşlı Makqreqorun ən maraqlı atmacalarını təqdim edirik:

“UFC-yə bu adamın səsini kəsmək üçün qayıtmışam. O, kiçik bir siçovuldur. Belə adamları çox görmüşəm. Bunun kimilər tək qalanda dizləri titrəyər. Avtobusa hücum edəndə altını batırdığı kimi (Nurməhəmmədov aprelin 3-də rusiyalı, amma İrlandiya vətəndaşlığı olan Makqreqorun komanda yoldaşı Artyom Lobovu onun haqda pis danışdığı üçün döyüb. Makqreqor isə iki gün sonra Nurməhəmmədovun yer aldığı avtobusun şüşələrini qırıb. Həmin hadisə iki döyüşçü arasında olan intriqanın əsasını qoyub – S.M.). Qaçıb qadınların arxasında gizləndi. Halbuki əlimdə silah olmadığını göstərmişdim”.

“Mənim biləyim onun göz çuxurundan çıxacaq”.

“Onun çənəsi şüşədəndir, çənəsini qıracam”.

“Onun işini ilk raundda bitirəcəm. Amma yanılıb beş raund üçün hazırlaşdım”.

“Sənin son döyüşün utancverici idi. Boksun da pis gündədir”.

“O, “əlhəmdülillah” deyir. Amma hər belə deyəndən müsəlman olmur”. 

“Qartal” ləqəbli Həbib Nurməhəmmədov isə bu görüşdə məğlubedilməzliyini qorumağa çalışacaq (26 görüşün hamısında qalib gəlib – S.M.). Güləş, cüdo, sambo, pankration üzrə beynəlxalq idman ustası olan Nurməhəmmədov daha çox Makqreqorun atmacalarına cavab verib və təmkinini qorumağa çalışıb: 

“Sənin güləşin sıfırdır, qrapplinq döyüşün sıfırdır. Gəl güləşək, sənə gününü göstərim”.

“Onu bir az yorduqdan sonra onunla oynayacağam. Çünki yorulunca təslim olur. Boksda özünü sınadı, orda da uduzdu. Üç dəfə uduzub. Mən MMA-nın Floyd Meyvezeriyəm. Onun atasını bilmirəm, mənim atam heç vaxt təslim olmamağı öyrədib”.

“6 oktyabrda görüşəcəyik. Çox atlanıb-düşmə, otur yerinə”.

“Məni avtobusda döymək istəyəndə bilirdin ki, orda təkəm və ya yanımda bir neçə adam var. Niyə yanında qırx adamla gəlmişdin? Tək ol, istəyirsən səni əzmək üçün Dublinə belə gəlim”

“Sən pul üçün burdasan, mən mirasım üçün”.

“Heç kimlə şəkil çəkdirmərəm. Bu, prezident olsa da (Makqreqorun Vladimir Putinlə görüşüb şəkil çəkdirməsinə işarə edir)”.

“Makqreqor, nəslinin 100 il İngiltərə imperatorluğu ilə mübarizə apardığını deyirsən. Bəs niyə dilinizi dəyişdiniz? Niyə irlandca yox, ingiliscə danışırsan?... Amma mən səninlə Dağıstan dilində, rusca, ingiliscə, ərəbcə, türkcə də danışa bilərəm”.

“Bilirəm ki, bu sözdən xoşunuz gəlmir. Ona görə də “əlhəmdülillah” deyirəm”.      

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024