Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (28-09-2018, 18:00)
Federasiya prezidenti: İdmançı yalan danışır, atası dələduzdur

Federasiya prezidenti: İdmançı yalan danışır, atası dələduzdur

 

Türkiyə mətbuatında uşu və kunq fu idman növləri ilə məşğul olan Ruzi Vəliyevin qardaş ölkə millisi adından çıxış etmək istəməsinə dair xəbərlər yayılıb.

Mediatv.az xəbər verir ki, 18 yaşlı Ruzi Vəliyev Türkiyədə Bülənt Ecevit adına Universitetə daxil olduğunu və “ağ-qırmızı” millinin heyətində çıxış etmək istədiyini dilə gətirib. 

O, 2013-2016-cı illərdə Çinin paytaxtı Pekində keçirilən yarışlarda dörd qızıl medal qazanaraq, iki dəfə dünya çempionu olduğunu dilə gətirib. Onun atası Zahid Vəliyev isə 27 il məşqçi işlədiyini və oğlunun Türkiyə adından çıxış etməsini istədiyini bildirib. 

Məsələ ilə bağlı Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoyla əlaqə saxladıq. O, idmançını tanımadığını və onun atasının dələduz olduğunu bildirib: 

“O, yalan deyir. Heç uşuda ikiqat dünya çempionumuz yoxdur. Azərbaycanda çempion olmayıb. Getsin, Türkiyəni təmsil etsin, görək, onlara nə fayda verəcək?! Amma atası Zahid Vəliyevi tanıdım. Dələduzun, başıxarabın biridir. Şizofreniyası var. Federasiyada ona bir müddət işləmək şansı yaratmışdım.

Deyirdi ki, dünya çempionatında iştirak edib, Rusiya adından çıxış edib. Halbuki mən olduğum həmin dünya çempionatında onu görməmişəm, rusların da heyətini əzbər bilirəm. Yalanını üzə çıxardım, pis oldu. Sonra bir ara kunq-fu ilə məşğul oldu, deyəsən”.

Kunq Fu Federasiyasının prezidenti Nurlan Aslanov bu idmançının millimizin heyətində yer almadığını vurğulayıb: 

“Bizim millidə 18 yaşında dünya çempionu yoxdur. Ümumiyyətlə, 18 yaşında iki dəfə dünya çempionu olmaq qeyri-mümkündür. Biz sonuncu dəfə Pekində 2015-ci ildə çıxış etmişik. Orada belə bir idmançı iştirak etməyib. Qızlar, yeniyetmələr, gənclər və böyük yığma komandaların heyətini özüm müəyyənləşdirirəm.

Belə bir idmançımız yığmada olmayıb. Atası Zahid Vəliyevi isə, deyəsən, tanıyıram. İrandan bir nəfər gəlib burada qəribə bir təriqətlə məşğul olurdu. Əllərində şar şişirdirdilər. Orada bir Zahid müəllim olduğu yadımdadır”.

İkiqat dünya çempionumuz Türkiyə millisinə keçir (SƏBƏB)

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024