Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (28-08-2018, 11:12)
Şəhriyar Məmmədyarov ABŞ-da 30 min dollar qazandı

Şəhriyar Məmmədyarov ABŞ-da 30 min dollar qazandı

ABŞ-ın Seynt Luis şəhərində keçirilən şahmat üzrə beynəlxalq Sinkfild Kuboku turnirinə yekun vurulub.

Mediatv.az xəbər verir ki, sonuncu – IX turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla heçə edib.

Norveçli Maqnus Karlsen ABŞ-ı təmsil edən yapon şahmatçısı Hikaru Nakamuraya, erməni Levon Aronyan rus Aleksandr Qrişuka qalib gəldiyindən və ABŞ təmsilçiləri Fabiano Karuana ilə Uesli So heç-heçə etdiyindən çempionluq üç idmançı arasında bölüşdürülüb. Bunlar Karuana, Aronyan və Karlsendir. Hər üç şahmatçının 5,5 xalı olub. 

Şəhriyar Məmmədyarov isə 5 xalla turniri IV sırada başa vurub.

Beləliklə, Şəhriyar bu turnirdən IV yerin sahibi kimi 30 min dollar qazanıb. O, ümumilikdə il ərzində keçirilmiş “Grand Chess Tour”larda qazandığı pulların sayını 75 minə çatdırıb. Yeri gəlmişkən, bu turnir üçün üç çempionun hər birinə 55 min dollar verilib.

Xatırladaq ki, bu turnirin ümumi mükafat fondu 300 min dollar idi.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024