Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (5-04-2018, 12:19)
Dünya şahmatının liderləri Vüqar Həşimova görə Şəmkirə gəlir

Dünya şahmatının liderləri Vüqar Həşimova görə Şəmkirə gəlir

 

Azərbaycanın tanınmış qrossmeysteri, Avropa çempionu, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə ənənəvi V beynəlxalq superturnir keçiriləcək. 

Mediatv.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə keçirilən XXI kateqoriyalı Vüqar Həşimov Memorialında bu dəfə də FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Turnirin Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib. Superturnirdə şahmat üzrə hazırkı dünya çempionu, ShamkirChess turnirinin ikiqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843), sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2792, FİDE reytinqində IV yer), sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FİDE reytinqində VIII yer), Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FİDE reytinqində IX yer), Hollandiya şahmatının lideri Aniş Qiri (2777, FİDE reytinqində X yer), FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749) və çexiyalı David Navara (2745) iştirak edəcək.

Azərbaycanı Vüqar Həşimov Memorialında ShamkirChess superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu, FİDE reytinqində II pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 turnirinin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. Doqquz turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.

Xatırladaq ki, 2014 və 2015-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen olub. Son iki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov I yeri tutub.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024