Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (4-04-2018, 18:00)
Xüsusi Olimpiya Hərəkatı ilə bağlı memorandum imzalanıb – FOTO

Xüsusi Olimpiya Hərəkatı ilə bağlı memorandum imzalanıb – FOTO

 

Bakıda keçiriləcək Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumu ilə əlaqədar Anlaşma Memorandumunun imzalanmasına dair mərasim keçirilib.

Mediatv.az  xəbər verir ki, təbdirdə gənclər və idman naziri Azad Rəhimov, Xüsusi Olimpiya Avropa-Avrasiya Hərəkatının prezidenti Devid Evanqelista, Azərbaycan Xüsusi Olimpiya Təşkilatının prezidenti Şahin Əliyev, millət vəkilləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən A.Rəhimov bildirib ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. O, bu gün yeni tarix yazacaqlarını söyləyib:

“Qürurla 24-28 sentyabr tarixində Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Formunun Bakıda keçiriləcəyini elan edirəm. Bu forum əqli və fiziki qüsurlu insanlara göstərilən diqqət, qayğı və dəyərin nümayişi olacaq.

Forum özünü cəmiyyətdən kənarda hiss edən insanlara böyük ilham və güc vermiş olacaq. Burada 30 ölkənin 300-ə yaxın gənc və orta yaşlı nümayəndəsi bir araya gəlməklə yeni eraya geniş və parlaq körpü salacaq. Xüsusi Olimpiya Hərəkatı bu il 50 illiyini qeyd edəcək”.

D.Evanqelista çıxışı zamanı Azərbaycanda olmaqdan qürur hissi duyduğunu deyib: 

“İlk növbədə prezident cənab İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya və Azad Rəhimova təşəkkür edirəm. Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır və onun irsi uzun, yaddaqalan olacaq. Qurumun 50 illiyinə həsr olunmuş bu tədbir böyük bir mesajla gəlir.

Ziyalıları, gənc liderləri, mədəniyyət xadimlərini və bütün dünyada məktəb divarları arasında, eləcə də, xaricində inklüzivliyi təşviq etmək üçün gənclərin malik olduqları potensialdan tam istifadə etməyə çağırırıq”.

Daha sonra A.Rəhimov və D.Evanqelista arasında memorandum imzalanıb.

Qeyd edək ki, beş gün ərzində baş tutacaq forum Azərbaycan hökuməti tərəfindən dəstəklənir. Tədbir iştirakçı ölkələrdə cəmiyyətin haqqında danışılan sahəyə daha geniş və əhatəli diqqət ayrılması üçün böyük qüvvə və təkan olacaq. Forum Xüsusi Olimpiya Hərəkatı altında gənclərin sosial layihələrin başlanmasında yeni era olacaq.

1968-ci ildə əsası qoyulan Xüsusi Olimpiya Hərəkatının beş milyona yaxın üzvü, 170 ölkədən olan vahid partnyorları var.

1990-cı ildə təməli qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan beş minə yaxın idmançısı var.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024