Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (28-02-2018, 20:30)
Azərbaycana 6 medal qazandırmış idmançı vətəndaşlığını dəyişdi

Azərbaycana 6 medal qazandırmış idmançı vətəndaşlığını dəyişdi

 

Bakıda keçirilən Avropa Oyunlarında Azərbaycanı təmsil etmiş ukraynalı gimnast Oleq Stepko yenə vətəndaşlığını dəyişib.

Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Ukraynanın “1+1” telekanalında yayımlanan “Qroşi” verilişində bu barədə danışıb. 

Stepko bildirib ki, o, Rusiya çempionatında çıxış etmək üçün bu ölkənin vətəndaşlığını alıb: 

Gimnast öncə Azərbaycana necə gəlməsindən söz açıb: “2013-cü ildə Ukrayna federasiyası ilə fikir ayrılığına görə müqaviləmi yeniləməyib digər ölkələrlə danışıqlara başladım və Azərbaycana getdim. Mənə Azərbaycandan 2013-cü ildə Moskvada keçirilmiş Avropa çempionatında çempion olduqdan sonra zəng vurmuşdular. Dedilər ki, gəl danışaq və məsələni yoluna qoyaq. Azərbaycanda məni müalicə etdilər, MRT-yə apardılar. Əməliyyat olundum. Bütün şərait əla idi. Dərmanlar, sığorta kimi vacib detallara diqqət yetirdilər.

Qeyd edək ki, 23 yaşlı Stepko Azərbaycan adından çıxış etdiyi müddətdə Avropa Oyunlarında paralel qollarda qızıl, idman gimnastikasının digər növlərində isə iki gümüş və iki bürünc medal qazanıb. O, həmin il – 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatında isə bürünc medalla kifayətlənib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024