Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (10-02-2018, 12:54)
İspaniya millisinin baş məşqçisi: Azərbaycan güclü rəqibdir

İspaniya millisinin baş məşqçisi: Azərbaycan güclü rəqibdir

 

Futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes Sloveniyada dünən başlayan Avropa çempionatının final mərhələsindəki rəqibləri haqda danışıb.

Mediatv.az  xəbər verir ki, o, Fransa və Azərbaycanla çətin qrupa düşdüklərini bildirib:

“Çox diqqətli olmalıyıq. Çünki belə yarışlarda favoritlər də mübarizəni tez dayandıra bilərlər. Bizi finala bərabər beş oyun gözləyir. Bir cüzi səhv erkən vidaya səbəb ola bilər. Təhlükəli rəqiblərlə bir qrupa düşmüşük. Fransa və Azərbaycan güclü komanda olduqlarını göstəriblər. Ötən il Fransa ilə iki dəfə yoldaşlıq görüşündə üz-üzə gəldik və hər ikisində çətinliklə (1:0, 2:0) qələbə qazandıq. Onlar İtaliya ilə də qolsuz bərabərə qalıblar. Ümumiyyətlə, belə turnirdə asan rəqib olmur. Ancaq heç nə bizi hədəfimizdən döndərə bilməz. Hücum potensialımız ürəyimcədir. Ancaq müdafiədə də diqqətli oynamalıyıq”.

Qeyd edək ki, millimizin rəqibləri – İspaniya və Fransa bu gün Bakı vaxtı ilə saat 23:45-də qarşılaşacaq. Avropa çempionatında isə dünən Sloveniya – Serbiya (2:2) və Rusiya – Polşa (1:1) oyunları keçirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024