Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-06-2014, 19:50)
BP Bakı Avropa Oyunlarının tərəfdaşı oldu

“Mən əminəm ki, onun dəstəyi ən yüksək nəticələr qazanmaq üçün köməklik edəcək”


BP şirkəti Bakı-2015 İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olub.

Mediatv.az  yerli mətbuata istinadən xəbər verir ki, sponsorluqla bağlı Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsi və BP şirkəti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti İan Saderland imzalayıb.

Əldə olunan razılaşmaya əsasən şirkət Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə yardım edəcək.

Bakı-2015 Avropa Oyunlarını bütün Azərbaycanda təbliğ etməklə yanaşı, BP şirkəti Avropa Oyunlarından əvvəl bu tədbirə ev sahibliyi edəcək ölkənin medala iddialı olan idmançılarının yetişdirilməsini maliyyələşdirməyə yardım edəcək.

Rəsmi tərəfdaşlıqla bağlı keçirilən mərasimdə gənclər və idman naziri və Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru Azad Rəhimov bildirib ki, BP şirkəti uzun illərdir Azərbaycanda fəaliyyət göstərir və ölkəni dərindən tanıyır.

“BP bütün dünyada böyük beynəlxalq idman tədbirlərinin dəstəklənməsində təcrübəyə malikdir və buna görə də onu Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi qəbul etməkdən məmnunuq.

Mən əminəm ki, onun dəstəyi bu oyunların Azərbaycan və Avropa boyunca dəstəklənməsinə yardım edəcək və idmançılarımızın ən yüksək nəticələr qazanmaq üçün daha da inkişaf etdirilməsinə köməklik edəcək”, - deyə nazir qeyd edib.

BP şirkətinin Azərbaycanda 3250 nəfərdən artıq əməkdaşı işləyir və o, ölkədə peşəkar istedadların aşkar edilməsinə və yetişdirilməsinə köməklik etməyi nəzərdə tutan Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin innovativ “Oyunlar Akademiyası” təşəbbüsü ilə tərəfdaş olacaq.

Mərasimdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti İan Saderland bildirib ki, şirkət belə nəhəng idman tədbirinə dəstək olmaqdan məmnundur.

“Biz inanırıq ki, ölkənin idman sahəsində yüksək nailiyyətlər qazanmaq üçün böyük mərkəzə çevrilməsi istiqamətində göstərdiyi səylər baxımından bu tədbir ölkə üçün unikal bir imkan yaradır.

Bu təşəbbüs yüzlərlə Azərbaycan gəncinin yeni bacarıqlara və biliklərə yiyələnərək ölkənin beynəlxalq tədbirlər həyata keçirmə potensialına töhfə verməsi üçün çox gözəl imkandır”, - BP-nin  Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional vitse-prezidenti əlavə edib.

Bakı Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq qeyd edib ki, BP şirkəti idman üçün də son dərəcədə mühüm olan ehtiram, mükəmməllik və birgə komanda işi kimi dəyələri təşviq edir və bütün bu dəyərlərin hamısı Bakı-2015 Avropa Oyunları üçün də vacib əhəmiyyət kəsb edir.

Mən əminəm ki, İlk Avropa Oyunlarının təşkili üzrə hazırlığımızı davam etdirdiyimiz bir məqamda Bakı-2015 və BP şirkəti birlikdə güclü tərəfdaşlıq quraraq ölkə ictimaiyyətini cəlb edəcək və ruhlandıracaq”, - o əlavə edib.

Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları gələn il iyunun 12,28-də baş tutacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024