Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (2-11-2017, 15:30)
Qurban Qurbanov milli komandaya gətirilir - İDDİA

Qurban Qurbanov milli komandaya gətirilir - İDDİA

 

AFFA əməkdaşlıqda maraqlı olsa da, Robert Prosineçki peşəkar davrandı. Ölkəmizdəki missiyasının uğursuz başa çatdığını görən, dərk edən Robert Prosineçki başa çatan müqaviləsinin müddətini artırmadı və özü ilə gətirdiyi köməkçilərini də götürüb vətəninə qayıtdı.

Mediatv.az offside.com.az-a istinadən xəbər verir ki, Prosineçkinin gedişindən sonra AFFA legioner məşqçi axtarışına çıxsa da, məsələ bir anda dəyişdi və bütün işıqlar yerli məşqçiyə - konkret olaraq Qurban Qurbanova tuşlandı. Bu isə səbəbsiz deyil. Çünki 8 il ərzində “Qarabağ”da ciddi uğurlara imza atan Qurban Qurbanov kulminasiya nöqtəsinə bu il çatdı və komandasını Çempionlar Liqasına çıxardı. Bu uğurun müzakirəsi artıq futbol sektorunu aşdı və ölkə səviyyəsində müzakirə olundu.

Qurban Qurbanovun milli komandaya gətirilməsi elə futbol federasiyası deyil, ölkə səviyyəsində həll olunan məsələdir. Elə Qurban Qurbanovun və klubun prezidenti Tahir Gözəlin son açıqlamaları bu işin rəsmiyyətə doğru getdiyinin göstəricisidir. Bizdə olan bilgiyə görə, Qurban Qurbanov ilk vaxtlar Tahir Gözəlin istədiyi kimi, həm millidə, həm də klubda çalışacaq. Hadisələrin daha sonra necə inkişaf edəcəyini isə zaman göstərəcək.

Bu məsələnin sabah  Olimpiya Stadionunda hələ ki vaxtı dəqiqləşməyən, amma böyük ehtimalla, nahardan sonra baş tutacaq iclasda rəsmiləşəcəyi gözlənilir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024