Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (27-10-2017, 17:00)
2020-ci il Avropa çempionatının açılış matçı Bakıda keçirilə bilər

2020-ci il Avropa çempionatının açılış matçı Bakıda keçirilə bilər

 

2020-ci il Avropa çempionatının açılış oyununu keçirmək üçün Bakı şəhərinin də namizədliyi irəli sürülüb.

Mediatv.az-ın məlumatına görə, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Report-a deyilib ki, UEFA-nın göndərdiyi müvafiq sorğu müsbət cavablandırılıb. 

Bununla yanaşı, açılış oyununun Bakı Olimpiya Stadionunda keçirilmə şanslarının az olduğu vurğulanıb. Səbəb kimi 2019-cu ildə Avropa Liqasının final matçının bu arenada təşkil olunacağı göstərilib. 

AVRO-2020-nin keçiriləcəyi 13 stadiondan "Uembli" (London) açılış oyununa ev sahibliyi edə bilməz. Çünki bu arenada yarımfinal və final oyunları keçiriləcək. Bakı Olimpiya Stadionu isə qrup mərhələsinin 3 oyunundan əlavə, "Alyans Arena" (Münhen), "Sankt-Peterburq" və "Olimpiko" (Roma)  stadionları ilə birgə 1/4 final görüşlərinə ev sahibliyi edəcək. Bu şəhərlərdən Sankt-Peterburq artıq namizədliyini irəli sürüb. Qalan 5 namizədin də böyük stadionlara malik şəhərlərdən biri olacağı gözlənilir. 68700 nəfərlik Bakı Olimpiya Stadionu oyunlara ev sahibliyi edəcək digər 8 arenanı tamaşaçı tutumunda üstələyir. 

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024