Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (12-02-2014, 10:26)
Azərbaycan milli futbol komandasının oyunçuları “Bakcell”də

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fevralın 10-da Bakcell abunəçiləri üçün xoş sürpriz etdi. 

 

Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov və müdafiəçisi Mahir Şükürov Bakcell şirkətinin Məlumat Mərkəzinə gələrək abunəçilər tərəfindən 555 qısa nömrəsinə edilən zəngləri cavablandırdılar. Əvvəlcə qonaqlar peşəkar operatorlar tərəfindən abunəçi müracitələrinə baxılması prosesi ilə tanış oldular, kiçik bir təlim keçdikdən sonra isə özlərini operator vəzifəsində sınadılar və bir neçə zəngi cavablandırdılar.

“Məlumat Mərkəzinin necə işlədiyini canlı şəkildə görmək çox maraqlı idi. Özüm operator kimi işlədim və abunəçilərlə danışdım. Gün ərzində müxtəlif insanlarla o qədər danışmaq asan iş deyilmiş. Amma mən də burada işləməyi bacarardım, çünki çox mehriban kollektiv var ona görə vaxtın necə keçdiyini hiss etmirsən”, deyə millimizin oyunçusu Mahir Şükürov bildirib.

Vaqif Cavadov: “Mən özüm də məlumat almaq üçün 1-2 dəfə Bakcell Məlumat Mərkəzində zəng etmişəm. Düşünürdüm ki, operatorların işi asandır, oturub telefonla danışırlar. Özümü operator vəzifəsində sınadım. Zənglərin idarə olunması və bütün sualları cavablandırmaq elə də asan deyilmiş. Hər xasiyyətdə insan zəng edə bilər. Hətta boş vaxtını sərf etmək üçün zəng edib aidiyyatı olmayan suallar verən də olur. Burada çalışan operatorlar çox təmkinli və peşəkardılar. Onlara uğurlar arzu edirəm”.

Fevralın 10-da Məlumat Mərkəzinə zəng edən şanslı abunəçilər millimizin oyunçuları ilə danışmaq, eyni zamanda hədiyyə qazanmaq şansı da əldə etdilər.

Qeyd edək ki, Bakcell şirkəti futbol üzrə Azərbaycan milli komandasının sponsorudur.

 

Azərbaycan milli futbol komandasının oyunçuları “Bakcell”də

Azərbaycan milli futbol komandasının oyunçuları “Bakcell”də

Azərbaycan milli futbol komandasının oyunçuları “Bakcell”də

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024