Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (28-03-2014, 16:17)
Saqqallı güləşçi karyerasını bitirdi: “Qərarım qətidir”

Saqqallı güləşçi karyerasını bitirdi: “Qərarım qətidir”

Avropa çempionu Elçin Əliyevin saqqal saxladığına görə güləş üzrə milli komandadan uzaqlaşdırıldığı barədə məlumat vermişdik. İdmançıdan saqqalını qırxmağı tələb edirdilər.

 

Bu məsələ idman ictimaiyyəti arasında böyük ajiotaj doğurdu. Sonradan Azərbaycan Güləş Federasiyasından bildirdilər ki, məsələ həll olunub, idmançı saqqalı  da güləşə bilər.
 
Publika.Az-ın əldə etdiyi məlumata görə, problem həll olunmayıb və güləşçi karyerasını bitirmək qərarına gəlib.
Məlumatı Publika.Az-a verdiyi açıqlamada Elçin Əliyevin özü də təsdiqlədi.
“Karyeramı başa vurmaq qərarına gəldim. Qərarım qətidir. İdmandan ayrılmağım əsasən şəxsi həyatımla bağlıdır. Buna  görə bu barədə çox danışmaq istəmirəm.
 
Amma bir səbəb də FİLA-nın qərarıdır.  FİLA-dan yerli federasiyaya bildirildi ki, saqqalı güləşmək olmaz.
 
Mən yenə də saqqalımı qırxmayacağımı bildirdim və karyeramı başa vurmaq qərarına gəldim. Bir sözlə, məni heç kim incitmədi, təzyiqlər olmadı. Hətta federasiyadan da qalmağımı istəyirdilər. Saqqalı güləşməyə FİLA icazə vermədi. Mən də dedim ki, artıq karyeramı bitirmək vaxtı gəlib”.
 
İdmançı bundan sonra nə işlə məşğul olacağı barədə də məlumat verdi:
 

 

“Məşqçi kimi fəaliyyət göstərmək istəmirəm. Çünki güləş aləmindən tamamilə uzaqlaşmaqda israrlıyam.  Başqa işlə məşğul olacam”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024