Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-02-2014, 14:00)
İranda 5 nəfər edam edilib

 

Allaha qarşı müharibə aparmaqda ittiham edilərək dara çəkilmiş məhbusların ad və soyadları açıqlanmayıb

 

APA-nın verdiyi məlumata görə, məhbuslar Allaha qaşı müharibə aparmaq və qətldə günahlandırılaraq dara çəkiliblər.
 
İranın Əlborz vilayətində 3 nəfər edam edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 25-də səhər saatlarında Kərəc şəhərinin İslamabad rayonunun Zurabad kəndində əhalinin gözü qarşısında icra edilib.
 
Ümumiyyətlə, onların dəqiq ittihamları və cinayət törədərkən hansı yaşda olduqları barədə heç bir məlumat əldə edilməyib. Lakin fevralın 24-də iki məhbus - Həmid Yusifi və Ərsalan Qasımi Kərəc şəhərinin Rəcayişəhr həbsxanasının 4 bəndindən barələrindəki ictimai edam cəzalarının icrası üçün təkadamlıq kameralara köçürülüblər. Məhz bu şəxslərin Zurabadda dara çəkilmiş məhbuslar arasında olduğu ehtimal edilir. Xəbərdə həmçinin növbəti günlərdə Kərəc şəhərinin Mehrşəhr rayonunda 5 nəfərin və 1 nəfərin isə Həştgərd rayonunun “Doxanyat” meydanında əhalinin gözü qarşısında edam ediləcəyi bildirilib.
 
Bundan əlavə, İranın Simnan vilayətində 2 nəfər edam edilib. Məhbuslar qətldə günahlandırılaraq dara çəkilib. Onların ad və soyadlarının yalnız baş hərfləri qeyd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra Simnan şəhərinin mərkəzi həbsxanasında icra edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024