Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-09-2014, 21:22)
Özünü bıçaqlayaraq intihara cəhd etdi

 

 

Salyan sakini əvvəlcə başqasına xəsarət yetirib, daha sonra isə intihar etmək istəyib. 

 

Mediatv.az xəbər verir ki, Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisəyə avqustun 31-də axşam saatlarında Salyan şəhərinin Təbriz Xəlilbəyli küçəsindəki ərzaq mağazalarının birində baş verən insident səbəb olub.

Həmin mağazanın daimi müştərisi olan Salyan şəhər sakini Rəfael Vaqif oğlu Rüstəmov mağazada satıcı işləyən qadına üzərində gəzdirdiyi çəkiclə bir neçə zərbə vuraraq xəsarət yetirib. O, sonra evinə qayıdaraq, bıçaqla bədəninin müxtəlif nahiyələrinə 7 zərbə endirib. Atasının özünü bıçaqladığını görən oğlu Elbrus Rüstəmov da əsəbindən pəncərə şüşəsini sındıraraq əlini kəsib.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. R. Rüstəmov əməliyyat olunaraq reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024