Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (13-12-2018, 12:44)
Maşını avtobusa çırpan sürücü məhkəmə qarşısında

 Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində bir nəfərin ölməsi, bir neçə nəfərin müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayır.
Mediatv.az-ın  xəbərinə görə, cinayət işi Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun icraatında araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.
Qeyd edək ki, iyulun 12-də, saat 08:00 radələrində Əliyev Rövşən İsa oğlu “Mercedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub.
Nəticədə, avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölüb, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ümumilikdə 32 nəfər hadisə nəticəsində zərər çəkib.
R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
 шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024