Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (25-12-2017, 11:04)
Nərimanovda qəza: Avtomobilin təkərləri qırıldı – FOTO

Nərimanovda qəza: Avtomobilin təkərləri qırıldı – FOTO

 

Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində sərxoş sürücü qəza törədib.

Mediatv.az "Report"-a istinadən xəbər verir ki, Şahin Qasımov idarə etdiyi "10-XJ-989" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil ilə yol hərəkəti qaydasını kobud şəkildə pozaraq əks yola çıxıb və bu zaman qarşı zolaqda hərəkətdə olan 1991-ci il təvəllüdlü Paşayev Babək İxtiyar oğlunun sükanı arxasında olduğu "99-LR-742" dövlət qeydiyyat nişanlı "Mercedes"in sol yan hissəsinə çırpılıb.

"Hyundai" toqquşmadan sonra beton çəpərə çırpılaraq deformasiyaya uğrayıb. Zərbənin gücündən "Mercedes"in arxa təkərləri qırılıb və maşın bir neçə dövrədən sonra ağaca dəyərək dayanıb. "Mercedes"in sürücüsü B.Paşayev və 1991-ci il təvəllüdlü sərnişini Rzayev Paşa ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanı törədən sürücü isə üz nahiyəsindən yüngül xəsarətlər aldığından ona təcili yardım xidməti tərəfindən ilkin yardım göstərilib.

Faktla bağlı əraziyə Yol və Post Patrul xidmətlərinin əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı Ş.Qasımovun avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilib. Buna görə də, sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024