Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (19-12-2017, 16:30)
Cadugəri öldürən şəxsin məhkəməsi davam edir

Cadugəri öldürən şəxsin məhkəməsi davam edir

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mediatv.az  Report-a istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanıldığı elan edilib.

Daha sonra prokuror ittiham aktını elan edilib.

Elan olunmuş ittiham üzrə N.Vəkilov özünü təqsirli bilmədiyini deyib.

Vəkil vəsatət verərək, təqsirləndirilən şəxsin sonda ifadə verməsini istəyib.

Vəsatət təmin edilib.

Qətlə yetirilən şəxsin heç kimi olmadığı üçün hüquqi varis qismində Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi dindirilib. O ifadəsində qeyd edib ki, mərhum tək yaşayırdı, heç kimi olmayıb: "Tərəflər arasında barışıq əldə olunmayıb. Ona görə ona layiqli cəza verilməsini istəyirik".

Daha sonra şahid qismində təqsirləndirilən şəxsin anası Xuraman Vəkilova ifadə verib. O söyləyib ki, oğlu fəhləlik edib: "Bu qadınla birlikdə eyni yataqxanada qalmışıq. Anjelika da mühafizəçi işləyirdi. Hadisə günü Anjelika mənə zəng eləmişdi. Xahiş elədi ki, ona borc pul verim. Mən də Namiqə 150 manat verdim ki, aparıb Anjelika versin. Axşam oldu, polislər gəldi. Onlar Namiq harda olduğunu soruşdular. Dedim ki, "Anjelikagilə gedib". Dedim, yəqin, Namiq pulu verməyib. Polislər oğlumun Anjelikanı boğub öldürdüklərini dedilər".

X.Vəkilova oğlunun cinayətkar olmadığını söyləyib: "Bizim yataqxanamızı sökürdülər, pul verilmişdi. Anjelikanı pula görə Elşən adlı şəxs öldürüb. Birinci Namiqə 30 min pul təklif ediblər ki, cinayəti boynuna al. Lakin oğlum razı olmayıb. Sonra məni və nəvələrimi öldürməklə şantaj edərək, oğlumu Qazaxa qaçırıblar. Anjelikanın telefonunu Namiqə zorla veriblər".

Şahid bildirib ki, qətlə yetirilən Anjelika Morozova ilə münasibətləri çox yaxşı olub. "Hətta bizə vəsiyyət eləmişdi ki, onu kimsəsizlər qəbiristanlığında basdırmasınlar. Ona görə də evində 7 min manat saxlayırdı. Bu barədə qonşulardan bir-iki adam bilirdi. O, öləndən sonra baxdıq, pul yerində idi. Polis pulu gəlib apardı. Bizim yataqxanamızı sökəndə hamımıza 45 min manat pul verdilər. Anjelika da Elşənə 5 min manat borc vermişdi, ala bilmirdi. Elə məhz ona görə onu öldürüblər. Anjelika 3 dəfə Elşəndən şikayət edib. Axırıncı dəfə mənim yanımda şikayətçi oldu".

X.Vəkilov oğlunun əvvələr də məhkumluğu olduğunu deyib.

Prosesdə şahid qismində Elşən Ələsgərov da dindirilib. O bildirib ki, dəmiryolunda fəhlə işləyib: "Anjelika ilə qonşu idim, onun heç kimi yox idi. Heç bir düşmənliyimiz də olmayıb. Yeməyini də gətirib bizdə yeyirdi. Sonra yataqxanamızın sökülməsinə görə dövlət bizə 45 min manat pul verdi. Hamı getdi özünə ev aldı. Anjelikaya da ev alanda biz kömək etmişik. Özü evi alan kimi gəldi, bizə dedi. Yoldaşım da onun evinə pərdə hədiyyə aldı".

Şahid qeyd edib ki, heç vaxt ondan borc pul almayıb: "Hadisə olan günü bizi polisə çağırdılar. Mənim adımı vermişdilər. Əl izlərimi, ifadəmi aldılar, yoxladıqdan sonra məni azad etdilər. Orda hamıya məlum oldu ki, hadisəni qonşuluqda olan Namiq törədib. Mənim Namiqlə heç bir münasibətim olmayıb".

Qeyd edək ki, hadisə bu il fevral ayında Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Həmin ərazidə Qazax rayon sakini N.Vəkilov Anjelika Morozovanın başına torba keçirərək onu qətlə yetirib.

Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər. Məlum olub ki, qətlə yetirilən şəxs 1963-cü il təvəllüdlü A.Vasilyevna Morozovadır.

Hadisədən sonra N.Vəkilov saxlanılıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir və o, peşəkar voleybolçu kimi tanınıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024