Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Slayd (6-06-2014, 17:48)
Deputatın oğlu adam vurdu, 100 min manat təzminat davası açıldı

Səbayel Rayon Məhkəməsində Milli Məclisin üzvü Fərəc Quliyevin oğlu Türkel Quliyevdən şikayətçi olan Bakı şəhər sakini Afaq Süleymanovanın iddia ərizəsinə baxılıb.

 

Mediatv.az  bildirir ki, bu barədə virtualaz.org saytına Afaq Süleymanovanın vəkili Şakir Həşimov məlumat verib.
Vəkilin sözlərinə görə, Afaq Süleymanovanın mülki qaydada verdiyi şikayət təmin edilməyib və məhkəmədə Türkel Quliyevin xeyrinə qərar qəbul edilib.
Xatırladaq ki, T.Quliyevin törətdiyi yol qəzasında xəsarət alan Bakı sakini Afaq Süleymanova məhkəməyə göndərdiyi iddia ərizəsində deputatın oğlundan 100 min manat təzminat tələb edib.
Afaq Süleymanova deyib ki, Yasamal rayonunda yoldan keçərkən Türkelin idarə etdiyi maşının altında qalıb. Qəzadan sonra qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanada düzgün müalicəsi aparılmayıb və bununla bağlı gözlərində qüsur əmələ gəlib.
Vəkil Ş.Həşimovun sözlərinə görə, Afaq Süleymanovaya heç bir yardım göstərilməyib: “Afaq xanım uzun müddətdir ki, ağır xəstədir. Xəstəxanada da normal müalicəsini davam etdirməyib. Nə edibsə, atasının və özünün vəsaiti hesabına edib. Banklardan kifayət qədər kredit götürüb. Əvvəllər onun banklara kredit borcu olmayıb. “Bank of Baku”dan 10 min manat kredit götürüb. Müalicəsinə görə götürüb hamısını, indi isə ödəyə bilmir. İddiamız maddi təzminatla bağlı olub. Səbayel Rayon Məhkəməsi iddianı rədd elədi. Hazırda Bakı Şəhər Hərbi Prokurorluğunda araşdırma gedir. Hesab edirik ki, heç bunun da bir nəticəsi olmayacaq. Məhkəməyə kifayət qədər sübutlar, sənədlər təqdim etdik. Amma Səbayel Rayon Məhkəməsinin hakimi Zaur Əliyev iddiamızı təmin etmədi, qarşı tərəfin xeyrinə qərar çıxardı. Qətnaməni alan kimi apelyasiya şikayəti verəcəyik. Baş verənləri ölkə başçısının diqqətinə çatdırmaq niyyətindəyik. Çünki ağır nəqliyyat hadisəsi baş verib, amma bu günə kimi heç bir tədbir görülmür. Zərərçəkənin hüquqları nə hüquq-mühafizə orqanları, nə də məhkəmə tərəfindən tanınmır. Bu ölkədə zərərçəkmiş haqqını tapa bilmir, hüququnu qoruya bilmir”.
Deputat Fərəc Quliyev də bu olayla bağlı açıqlama yayıb. O, həmin açıqlamasında deyib ki, bu adamlardan siyasi şou düzəltmək istəyirlər.
F.Quliyev Afaq Süleymanovanı və onun vəkilini yanlış məlumatlar yaymaqda ittiham edib.
Deputatın açıqlamasında deyilir: “Açıqlamaya səbəb iki il əvvəl səhlənkarlığı ucbatından qəzaya səbəb olmuş və xəsarət almış Afaq Süleymanovanın özünün və ya nümayəndəsinin baş vermiş hadisəni mətbuata növbəti dəfə məqsədli olaraq təhrif olunmuş şəkildə təqdimatıdır.
Bununla bağlı mətbuat nümayəndələrinin məndən açıqlama istədikləri və bunu ümumiləşdirərərək məsələyə aydınlıq gətirmək istəyimdir.
Nəzərinizə çatdırım ki, 2012-ci ildə Azərbaycanda NATO generallarının tədbiri keçirilirdi. Onları müşayiət etmək üçün hərbi personal və xidməti avtomobillər ayrılmışdı. 14 noyabr, 2012-ci ildə sülhməramlı taborda idman rəisi kimi xidmət edən oğlum Quliyev (Fərəcoğlu) Türkel Fərəc oğluna da NATO zabitlərinə xidmət üçün avtomobil təhkim edilmişdi (Türkel ali məktəb məzunu olduğundan bir il xidmət etməli olmasına baxmayaraq kurs qəbul edərək bir il doqquz ay zabit kimi xidmət etməyi seçdi). NATO zabitlərini axşam saatlarında müvafiq yerə qoyub avtomobillər hərbi hissəyə qayıdan zaman svetofor və piyada keçidi olmayan bir yerdə piyada qəflətən oğlum Türkelin idarə etdiyi avtomobilin qarşısına çıxaraq qəzaya səbəb olub.
Türkel xəsarət alana dərhal ilkin yardım göstərib, Respublika Xəstəxanasına yerləşdirib. Mən hadisə zamanı Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün Brüsseldə idim. Bakı ilə əlaqə saxlayıb səhlənkarlığı ucbatından xəsarət almış Afaq Süleymanovaya bütün tibbi köməkliklərin göstərilməsini tapşırdım. Xəsarət alanın kimliyi məlum olandan sonra da ailənin vəziyyəti nəzərə alınaraq köməklik davam etdirildi.
Prosedura uyğun olaraq təhqiqat aparıldı. Təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edildi ki, Türkel Fərəc oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq olmayıb. Faktla bağlı Türkelin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilib.
2013-cü il prezident seçkiləri dönəmində mən Azərbaycana qarşı formalaşdırılmış “5-ci kolon”a qarşı ciddi ifşaedici çıxışlar etdiyim zaman “5-ci kolon” tərəfindən mövqeyimə təsir etmək üçün bəzən sosial şəbəkələrdə anonim ad altında hədələr, bəzən emissarları vasitəsilə xahişlərlə üzləşdirdim. Növbəti dəfə mənimlə görüşə cəhd edildi, oğlumun qəza məsələsinə şantaj predmeti kimi işarə olundu. Mən “qanuni araşdırma aparılıb, bu və başqa hər hansı məsələ ilə bağlı görüşmək istəmirəm” cavabı ilə görüş təklifini rədd etdim. Buna qədər xəsarət alan Süleymanova Afaqın atası İsa Süleymanov oğlum Türkelin günahkar olmadığını, buna baxmayaraq qızına hər cür kömək etdiyimizi minnətdarlıqla qarşılayırdı, polis idarəsində şikayəti olmaması ilə bağlı ərizə vermişdi. Mən görüşü rədd etdikdən sonra şikayətlər dalğası başladı. İkinci dəfə yeni bir istintaq başladıldı.
Buna heç bir əsas olmasa da mən heç bir qaranlıq məqam qalmasın deyə bir daha istintaqın aparılmasından nəinki şikayət etmədim, həm də xəsarət alan tərəfin mümkün olan bütün təffərrüatla tanış olmasını arzuladım. Çünki bu adamlardan siyasi şou düzəltmək üçün istifadə olunmasının fərqində idim.
İkinci araşdırma zamanı da cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edildi. Nə qədər qəribə olsa da bu ərköyün “xəsarət alan tərəfin” şikayətləri ilə üçüncü dəfə Hərbi Prokurorluq tərəfindən yeni bir araşdırma başladıldı. Yeni araşdırmaya mənim etiraz etməməyimdən, araşdırma qurumların belə mövqeyindən ruhlanan şantajçılar 100 000 manat mənəvi təzminat istəyi ilə mülki qaydada da Səbayel Rayon Məhkəməsinə müraciət edib. Saytlarda bu istəklərini bəyan ediblər. Bunu belə ictimailəşdirmək xəsarətalanlaramı lazım idi? Məncə, yox, bu daha çox işin arxasında dayananlara lazım idi. Məhkəmə şikayətə baxıb və təbii ki, əsassız, cəfəng iddianı rədd edib.
Əminliklə bidirirəm ki, səhlənkarlığı ucbatından xəsarət almış bir insandan şantaj və siyasi şou düzəldilməsi cəhdi var. Hesab edirəm ki, haqlı mövqe və fəaliyyətimlə barışmayan, vətənimizə qənim kəsilən, hər şeydən və hər kəsdən istifadə edənlər də anlamaq məcburiyyətindədirlər ki, ölkəmiz hüquq dövlətidir, qarşılarında maneə gördükləri hamını şantaj edən bir çetenin Azərbaycanın hüquq-mühafizə orqanlarından da istifadə etmə cəhdi də nəticə verə bilməz. Şantaj və siyasi şou düzəldilməsində mətbuatdan da istifadə cəhdi var və artıq mətbuat nümayəndələrinin də istəyi ilə məsələyə aydınlıq gətirildikdən sonra qələm sahiblərinin də məsələyə münasibətinin dəyişəcəyinə  də tam əminəm”.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024