Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (6-06-2014, 10:45)
Yük maşını avtomobili əzdi: yaralılar var

Ağır yol qəzasında yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib

 

Bu gecə saat 01:00 radələrində Lənkəranda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ələt-Astara magistralının 203-cü kilometrliyində, rayonun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Darquba kənd sakini, 42 yaşlı Eyvaz Yusubovun idarə etdiyi “ZİL” markalı yük maşını 28 yaşlı Lənkəran rayon sakini Asif Tağıyevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilinə yol verməyərək ona çırpılıb.
Güclü zərbədən “VAZ-2107” markalı avtomobil deformasiyaya uğrayıb, həmçinin sürücü və onun yanındakı sərnişin, Lənkəran rayonunun Şağlaküçə kənd sakini, 43 yaşlı Sənan Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Hər iki yaralıya müvafiq tibbi yardım göstərilib.
İlkin versiya kimi qəzanın “ZİL” markalı avtomaşının baş yola çıxarkən sağdan gələn nəqliyyat vasitələrinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır. Yekun nəticə isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024