Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (5-06-2014, 18:15)
Bakıda tələbə köynəyə görə dostunu öldürdü

22 yaşlı gənc gözəl geyiminə görə əbədi dünyaya yola salınıb

 

 İnsan geyimi ilə qarşılanıb ağlı ilə yola salınır. Amma Bakıda 22 yaşlı gənc gözəl geyiminə görə əbədi dünyaya yola salınıb. 
Dəhşətlisi odur ki, bu hadisənin “qəhrəmanı” əsas işi elmə yiyələnmək olan tələbədir. O, daxilini zəngin etmək əvəzinə, zahiri görkəminə üstünlük verib, axırı faciə ilə bitib. Belə ki, Azərbaycan Dövlət Neft Akademiyasının 3-cü kurs tələbəsi, 21 yaşlı Nadir Ələkbərzadənin başqasının geyimi ilə özünü yaraşıqlı göstərmək istəyi dostunun ölümü hesabına başa gəlib. O, geyim üstündə dostunu qətlə yetirib və hadisə yerindən qaçıb. 
Rayon Prokurorluğundan bildirilib ki, N.Ələkbərzadəni bir az əvvəl polis tutaraq istintaqa təhvil verib. Onun dindirilməsindən sonra belə ağır cinayət törətməsinin səbəbini öyrənmək mümkün olacaq. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. 
Hadisənin necə və hansı səbəbdən baş verməsinə gəlincə, Nadirin 22 yaşlı dostu Elçin Abbasovun köynəyinə gözü düşüb. Həmin köynəyi bir neçə dəfə geyinmək üçün dostundan istəyib. Lakin Elçin köynəyini ona verməkdən imtina edib. Elə bunun üstündə onlar arasında mübahisə düşüb. Söhbəti məktəbin həyətində davam etdirmək üçün görüş təyin ediblər. Lakin Nadir “problem”ini sözlə yox, bıçaqla həll edib. Cibindəki bıçaqla Elçini vurub və qaçıb. Bir zərbə gəncin həyatını yarıda kəsib.
Mərhum Elçin Abbasov tibb avadanlıqlarının satışı ilə məşğul olurmuş.
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024