Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə / Karusel (16-05-2014, 20:19)
Ziya Məmmədovun oğlunun yoxa çıxan cangüdəni ilə bağlı şok FAKTLAR

 

2013-cü ilin iyl ayının 17-də Türkiyədə nəşr edilən Hürriyet qəzetində Yalçın Bayerin bir köşə yazısı dərc edildi. Yazı, Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisi olan bir Türk vətəndaşının taleyindən, daha doğrusu, talesizliyindən bəhs edirdi. «Azeri Bakanın Türk korumasına ne oldu?» başlıqlı yazıda bildirilirdi ki, İsmayıl Gənc adlı mühafizəçi Anar Məmmədovun başqa cangüdənləri ilə atışma zamanı güllə yarası alıb və onun harada olduğu, öldüsü-qaldısı bəlli deyil. O zaman bu xəbər Azərbaycan medyasında ya ciddiyə alınmadı, ya da tezcə unuduldu. Amma Anar Məmmədovun mühafizəçiləri ilə bağlı olaylar da səngimək bilmədən uzun illərdir ki, davam edirdi. Hələ bundan sonra da bu cür olayların davam edib etməyəcəyi bəlli deyil. 

Mühafizəçilərlə bağlı ilk belə olayın sirri Salyan qəbristanlığına dəfn edilib və hələ də yerli əhali arasında qorxulu söz-söhbətlər gəzir. 2000-ci ilin may ayının sonlarında qəflətən belə bir xəbər yayıldı ki, nazir oğlunun mühafizəçisi olan Nizami Dadaşov adlı idmançı güllə ilə vurulub öldürülüb. Yarımrəsmi versiya onun avtomobil qəzasında həlak olduğunu iddia edirdi. Amma camaat arasında belə söhbət gəzir ki, meyiti yuyan molla «mərhumun bədənində güllə yarası var» sözlərindən sonra bir neçə gün yoxa çıxıb, sonra isə bu söhbət tamamilə unudulub. Bu söhbət unudulmağa macal tapmamış rayonda danışırmışlar ki, mərhum Nizami Dadaşov həlak olmamışdan 10 gün əvvəl Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən nəyə görəsə saxlanılıbmış.

Nizami Dadaşovun həlak olmasından bir müddət sonra başqa bir mühafizəçi, Şimali Qafqazdan olan Altaf adlı idmançı da yoxa çıxdı. Bu dəfə sözü gedən adam Azərbaycan vətəndaşı olmadığına görə, onun necə yoxa çıxdığı, öldüsü-qaldısı da bilinmədi. Təbii ki, məzarını da axtarıb tapmaq mümkün deyil. İsmayıl Gənc olayında olduğu kimi. 

Serialın davamı özünü çox gözlətmədi. Başqa bir mühafizəçi, Masallıdan olan Eldəniz adlı idmançı yoxa çıxanda elitanın mühafizə korpusuna vəlvələ düşdü. Əgər ciddi bir atışma, düşmənçilik-filan yoxdursa, mühafizəçilər nədən qeyb olur və öldürürlər& Və Salyanın başqa bir kəndində, Qaraqaşlıda uzun təqiblərdən sonra Sibirdə aşkar edilərək öldürülən Cəmil adlı sabiq teloxranitelin də taleyi qorxulu filmlərin növbəti seriyasını xatırladırdı. 

«Azadlığ»ın əməkdaşı bu təfərrüatları araşdırmağa çalışır və bu yaxınlarda azərbaycan məmurlarını mühafizə edən cangüdənlərlə bağlı maraqlı araşdırmaları təqdim etməyə çalışacağıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024