Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (10-01-2017, 22:24)
Səngəçalda qaz kəməri 3-cü dəfə partladı - VİDEO

Bakının Səngəçal qəsəbəsində qaz xəttində yanvarın 10-u axşam saatlarında yenidən yanğın baş verib. 

Mediatv.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatları Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da təsdiq edib.SOCAR-dakı mənbələr məlumatı virtualaz.org-a təsdiqləyib, daha sonra rəsmi məlumat yayılacağı bildirilib. Yayılan kadrlara əsasən partlayış və yanğın bu dəfə də 1000 millimetrlik qaz kəmərində baş verib, şiddətli yanğın davam edir. Hələlik yanğına müdaxilə olunmayıb.

Bu artıq son 2 həftədə eyni yerdə baş verən üçüncü qəzadır. Dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.Yanğın 6 saatdan sonra söndürülmüşdü. Hadisə nəticəsində insan itkisinin olmadığı bildirilirdi. Ancaq yaxınlıqdakı evlərin pəncərələri, dam örtükləri ziyan görmüşdü. Hadisənin nədən baş verdiyi rəsmən açıqlanmasa da, SOCAR bir neçə versiyanı nəzərdən keçirildiyini bildirirdi.

«2002-ci ildə tikilib istismara buraxılmış qaz kəmərində baş verən qəzanın mümkün səbəbləri arasında qaynağın və ya boru materialının keyfiyyətinin aşağı olması nəzərdən keçirilir. Habelə, kəmərin keçdiyi ərazinin aqressiv və sürüşkən zonada yerləşməsi nəticəsində aşınmaya məruz qalması ehtimalları dəyərləndirilir. İlkin baxış qəzanın texnogen xarakter daşıdığını təsdiq edir», - şirkət qeyd edirdi.

Lakin eyni yerdə ikinci yanğın yanvarın 2-də baş verdi. Bu isə artıq üçüncüdür...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024