Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (15-04-2014, 20:56)
Azərbaycanda Space TV-nin əməkdaşlarına atəş açıldı

 

Tovuzun Əlibəyli kəndində güclü atışma olub. Kənd icra nümayəndəsinin məlumatına görə, ötən gün saat 15-16 radələrində ara-sıra atışma səsləri eşidilsə də, saat 18 radələrindən başlayaraq ermənilər kəndi iri çaplı silahlardan atəşə tutublar, xəsarət alan olmasa da evlərin damları və həyətlər güllə baran edilib. Space TV-nin əməkdaşları da güllələrdən son anda qurtula biliblər.

Ermənistan silahli qüvvələri Tovuzun Əlbəyli kəndi istiqamətində yerləşən postlarımızı ötən gecə saat 12 radələrindən atəşə tutublar. Daha sona intensivləşən atışma kəndə doğru istiqamət alıb. Əməkdaşlarımız kənddə olduğu vaxt atılan güllələr yerli sakinlərin həyatı üçün ciddi təhlükə yaradıb. Bunu operatorumuz Rəşad Əliisgəndərovun çəkdiyi kadrlardanda aydın görmək olar. Belə ki, iricaplı silahlardan açilan güllələr kəndin təmas xəttinə yaxın yerləşən evlərinin damina dəyərək istiqamətlərini dəyişib. 

Kəndə istiqamətlənən güllələrdən qorunmaq üçün işdən qayıdan sakinlər atışma dayanana qədər gözləməli olublar. Qeyd edək ki, erməni tərəfi bir işıq gələn istiqaməti intensiv atəşə tuturdu. Bu səbəbdən də kənddə şütüyən avtomobillər işiğını söndürərək hərəkət edirdilər. Atışmanın intensiv olduğu bir vaxtda kənddə elektrik enerjisi və qazın verilişi təhlükəsizlik baxımından dayandırılıb. Gecə saatlarında Space TV-nin operatorunun kameranın işığını yandırıb atışma məqamını cəkmək istəyi erməni silahlılarının çəkiliş qrupumuzu atəşə tutması ilə nəticələnib.

Çəkiliş qrupu kənddə olduğu vaxt 8 saat müddətində silahlar susmayıb. Qeyd edək ki, Əlbəyli kəndi Ermənistanla ən üzün sərhədə malik kəndlərdəndir.

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024