Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (6-02-2014, 11:47)
Oğrular tutuldu

 

 

  Bakı şəhər Baş Polis İdarəsi ötən gün partaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir: 

 

Yanvarın 27-də Qobustan qəsəbəsində Abdulla Abdullayevə məxsus mağazadan, qapını sındırmaq yolu ilə 45 manat, Pərviz Yüzbaşova məxsus mağazadan isə 1740 manat, 2 ədəd mobil telefon və tütün məlumatları oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Murad Yusifov tutulub.

Yanvarın 31-nə keçən gecə, Binəqədi şossesində 3 nəfər naməlum şəxs Göyçay rayon sakini Bəhlul Cavadovu döyərək cibindən 4000 manat pulunu və mobil telefonunu götürüb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Sürət Məmmədov, Abşeron rayon sakinləri Pərvin Əlizadə və Yunis Quliyev tutulublar.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İlkin Şahbazovdan 485 qram marixuana aşkar edilərək götürülüb.

Fevralın 4-də Pirşağı qəsəbəsi H.Əliyev küçəsində yaşayan Elvin Məhərrəmov yaşadığı evdən bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzə İmamverdiyev tutulub.

Yasamal RPİ NMB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Əliyevdən  22 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Eyyub Qasımovdan 0,351 qram heroin və Vüqar Səfərovdan 450 qram marixuana götürülüb.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024