Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (6-02-2014, 11:13)
Zakir Fərəcovun yaxın çevrəsində «casus şəbəkəsi» peyda olub - Başçı əndişə içindədir

 

 

  "Mediatv.az": - Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun sevinci bir neçə gün çəkdi. Bu o zaman idi ki, icra başçısının adı böyük işlərdə hallanırdı. Yəni keçən ilin dekabr ayında yayılan xəbərdə bildirilirdi ki, Zakir Fərəcov Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gətirilir.


Məlumatlı mənbələrdən Mediatv.az-a daxil olan informasiyaya görə, bu məlumatı oxuyar-oxumaz Abşeron İH rəhbərinin ürəyindən həqiqətən də Hacıbala Abutalıbovun yerinə keçmək düşüb. Və elə buna görə də son günlər mətbuatda reputasiyasının qeydinə qalmağa da başlayıb.

Verilən informasiyaya görə, Zakir Fərəcovun yaxın çevrəsi bu gün icra başçısına qarşı kampaniya aparan dairələri müəyyənləşdirməyə çalışırlar: «Bunun səbəbi isə çox sadədir. İcra başçısı mediada «təmizlik» işləri görməyə çalışır. Hətta şübhələndiyi dairələr də var. Güman yeri daha çox öz çevrəsinədir».

Mənbə bildirir ki, Zakir Fərəcov yaxın ətrafında ona qarşı kampaniya aparan hansısa «casus şəbəkəsinin» mövcudluğundan əndişə keçirir: «Vəziyyəti o haldadır ki, hətta ən yaxın adamlarına belə inanmır. Dəfələrlə «mən kiminlə işləyim» deyərək insanlara inamsız olduğunu da etiraf edib».

Bu arada daxil olan bir başqa məlumatda isə qeyd olunur ki, Zakir Fərəcov «yuxarılardakı» dayaqlarından da məhrum olduğundan bir növ taleyin ümidinə buraxılmış kimidir: «Yəni onun hədəfə çevrilməsi an işidir. Ona görə də Fərəcov mətbuatda adının belə xatırlanmasını arzulamır».

Qarşı tərəfi də dinləməyə hazırıq…

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024