Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (27-03-2014, 10:25)
Qatildən soyuqqanlı açıqlamalar

Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxs tutulub.

 

Martın 24-də səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan Kamil Fərəcov ötən gecə Ağsu rayonu ərazisində saxlanılıb.
Kamil Fərəcov əməlini etiraf edib: "Ürəyimdə kin olub ona qarşı, həm də mənim qarşıma çıxıb gülürdü. Bu da mənim xoşuma gəlmirdi. Ona görə mən də belə bir şey etdim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Yaqub Musayevi öldürüb, bibisi oğlunu yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb, avtobusla dəniz kənarına gedib. Daha sonra qardaşının qəbrini ziyarət etməyi qərara alıb.
İstintaqla müəyyən edilib ki, Kamil Fərəcov ov tüfəngindən 6 dəfə atəş açıb. Güllələrdən ikisinin boşa getdiyi  bildirilir. Fərəcov  saxlanlan zaman ondan hadisə zamanı istifadə etdiyi ov tüfəngi də maddi sübut kimi götürülüb: "Rayona getdim, qardaşımın qəbrini ziyarət etdim, oradan da böyük qardaşımla polisə getdik".
Faktla bağlı cinayət işi başlanıb.  
K.Fərəcov qətlə yetirdiyi Y.Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə R.Musayev K.Fərəcovun qardaşı Rafael Fərəcovun boğazını kəsərək öldürüb.  K.Fərəcov da qisas almaq məqsədi ilə R.Musayevin oğlunu qətlə yetirib
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024