Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (20-04-2015, 12:55)
Təyyarəni təcili Bakıya endirən danimarkalı öldü

Ötən gün Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib

 

Təyyarənin məcburi eniş etməsinə səbəb bir sərnişinin halının pişlənməsi olub.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin publika.az-a verdiyi məlumata görə, Danimarka vətəndaşı 75 yaşlı Alen Lasten ağciyər-ürək çatışmazlığı ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib.
 
“O, xəstəxanaya çatdırılanda vəziyyəti ağır olub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.
 
A.Qədirli bildirib ki, o, xəstəxanaya aparılanda qızı da yanında olub. Hazırda xəstəxananın morqunda saxlanılan meyitin ölkəsinə qaytarılması istiqamətində iş aparılır.
 
Xatırladaq ki, ötən gün Norveç aviaşirkətinə məxsus Banqok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024