Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (1-03-2014, 17:05)
Yeni sədr külli miqdarda yeyinti halları aşkarladı

 

Metropolitenin yeni sədri metrostansiyaların tikintisi və köhnələrinin təmiri zamanı külli miqdarda yeyinti hallarının olduğu aşkarlayıb 

 

Bakı metrolarındakı ticarət obyektləri yığışdırılacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa. info-ya “Bakmetropoliten"dəki  mənbə məlumat  verib. Mənbənin sözlərinə görə, artıq yeni rəhbərlik Bakı  metropoliteni ilə bağlı müəyyən planlarını açıqlayıb. Bu yeni planlar içərisində metrodakı ticarət obyektlərinin yığışdırılması və bir çoxunda isə bunun minimuma endirilməsi daxildir.  Yeni rəhbərlik metroda fəaliyyət göstərən ticarət obyektlərinin  sərnişinlərin hərəkətinə ciddi mane yaratdığını, antisanitariya hallarının olması, kriminal hadisələrin baş verdiyini  səbəb olaraq göstərir. Bununla bağlı yaxın vaxtlarda xüsusi qərarın olacağı bildirilir. Bu qərara əsasən metrolarda ticarətin tənzimlənmə qaydaları öz əksini tapacaq və  metrolarda çoxsaylı dükanların açılmasına imkan verilməyəcək. 

Mənbə onu da bildirib ki, metrolarda ticarət obyektlərinin yığışdırılmasına ilk olaraq “Koroğlu” stansiyasından başlanacaq. Burada da əsas səbəb kimi 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Birinci Avropa Oyunlarının həmən əraziyə yaxın yerdə keçirilməsi səbəb göstəriləcək. Mənbə  əlavə edib ki, əslində yeni rəhbərlik bu addımı  keçmiş rəis Tağı Əhmədovun metrodakı ticarət obyektlərini ələ keçirmək məqsədi  ilə atacaq. 

Əvvəllər həmən obyektlərdən gələn gəlirlər və orada yeni obyektlərin açılması və yaxid mövcudlarının yeniləşdirilməsini ancaq Tağı Əhmədova məxsus şirkətlər həyata keçirirdi. 

Əldə etdiyimiz  digər məlumata görə isə,  Tağı Əhmədovun dönəmində metropolitendə baş vermiş   maxinasiyalarla bağlı  yaxın günlərdə ciddi araşdırmalara  da  başlanacaq. Bu yoxlamalar  Tağı Əhmədovun rəhbərliyi zamanında  motropolitendəki yeyinti hallarının ortaya çıxarılması niyyəti  daşıyır. Verilən məlumata görə, yeni metrostansiyaların tikintisi və köhnələrinin təmiri zamanı külli miqdarda yeyinti hallarının olduğu aşkarlanıb. Bu yeyinti faktları ilə bağlı hətta ölkə rəhbərliyinə də məruzə edilib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024