Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-02-2014, 19:41)
DİN-dən Xətaidəki qarşudurma ilə bağlı Açıqlama

 

Daxili İşlər Nazirliyi (DİN) Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsinin qarşısında keçirilən mərasim zamanı polisin kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşlarının fəaliyyətinə mane olması xəbərinə münasibət bildirib. 

 

“Mediatv.az”ın məlumatına görə, bununla bağlı DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzNews.az-a açıqlamasında bildirib ki, onlara bu barədə məlumat daxil olmayıb: “Prezident İlham Əliyevin abidəni ziyarət etməsindən sonra polis əməkdaşları dövlət rəsmlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri addımlar atıb. Ümumiyyətlə, polisin belə yerlərdə fəaliyyəti təhlükəsizlik tədbirləri ilə bağlıdır”. 

Xatırladaq ki, prezidentin abidəni ziyarət etməsindən sonra mərasimdən reportaj hazırlamaq istəyən jurnalistlər polisin sərt təpkisi ilə üzləşiblər. 

Polis bu hərəkəti ilə müvafiq qanunvericiliyin tələblərini pozaraq, KİV-in fəaliyyətinə süni şəkildə məhdudiyyət yaradıb. Jurnalistləri ərazidən kənarlaşdıran polis əməkdaşları media nümayəndələrinin qanuni tələblərinə məhəl qoymayıblar. 

Maraqlıdır ki, E. Zahidov polisin Milli Şura üzvləri ilə insidenti (insidentin videosu da artıq yayılıb) xəbərinə də eyni reaksiya vermişdi. Görünür təhlükəsizlik üçün ərazidə xidmət aparan polislərdən DİN-in məsul şəxsləri xəbərsizdilər.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024