Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-02-2014, 18:39)
Sosial şəbəkələrdə gənc fəallar təqib olunur- Bəyanat

 

Müsavat Partiyası son günlər ölkədə haqlarını müdafiə edən, məlum həqiqətləri KİV-lərdə və sosial şəbəkələrdə yayan fəallara qarşı təqib və təzyiqlərin artması hallarının müşahidə olunması ilə bağlı bəyanat yayıb. 

 

“Mediatv.az"-a daxil olan bəyanatda bildirilir ki,  “Azadlıq” radiosunun əməkdaşı Yafəs Əkrəmoğlu sosial şəbəkələrdə ölümlə təhdid olunub.Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Samir Tağıyevə tanımadığı şəxslər tərəfindən hədə-qorxu gəlinib. Ona və Avropaya mühacirət etmiş qardaşı Hüseyn Tağıyevə qarşı təhqiramiz ifadələr işlədilib. Həm özünün, həm də qardaşının siyasi fəaliyyətini dayandırmağı, əks təqdirdə həbs olunacağını ilə qorxudulub. 

Tələbələrin haqlarını müdafiə etmək üçün Bakı Dövlət Universitetinin qarşısında etiraz aksiyası keçirilməsi haqqında sosial şəbəkələrdə məlumatlar və şərhlər yazdığına görə gənc müsavatçı Fərid Həsənsoy polislər tərəfindən Yasamal rayon Polis İdarəsinə aparılaraq, ona hədə-qorxu gəlinib və sosial şəbəkələrdə fəaliyyətinə xitam verilməsi tələb olunb. 

Müsavat Partiyası baş verən bu qanunsuz hərəkətləri qətiyyətlə pisləyir, bu halların siyasi fəalların aktivliyini azaltmağa yönəlik olduğunu bəyan edir. Adları qeyd olunan şəxslərə qarşı təqib və təzyiqlərin dayandırılmasını, qeyri-qanuni hərəkətlərə yol verən şəxslərin isə müəyyən edilərək cəzalandırılmasını hakimiyyət orqanlarından tələb edir.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024