Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-02-2014, 18:23)
Krımda gərginlik artır, parlament mühasirəyə alınıb - Yenilənib

 

Krım parlamentinin qarşısında eyni vaxtda iki mitinq gedir. Birini Ukraynanın bütövlüyü uğrunda ayağa qalxan Krım tatarları, digərini isə rusiyapərəstlər keçirir.

 

Bu iki qrup arasında ara-sıra toqquşmalar qeydə alınır. Belə toqquşmaların birində Krım tatarları qarşı tərəfin əlindəki Rusiya bayrağını almağa nail olub.
Virtualaz.org saytı Ukrayna nəşrlərinə istinadən bildirir ki, milis qüvvələri mitinq meydanını tərk edib. Buna heç bir səbəb göstərilməyib.
Krım parlamentinin qarşısına yığılan tatarların sayı 10 mini keçib. Onlar parlament binasını mühasirəyə alıblar. Tatarlar dayanmadan “Ukrayna!” şüarları qışqırırlar. Rusiyapərəstlər isə bir kənara çəkiliblər. Onlar prosesə müdaxilə etməyə cürət göstərmirlər.
*     *     * 13:36
Bu gün Simferopolda Krım tatarlarının yarımadanın Ukraynadan ayrılması planlarına qarşı mitinq keçirilir.
Tanınmış krımlı jurnalist Naciyə Feminin virtualaz.org saytına verdiyi eksklüziv məlumata görə, minlərlə insan şəhərin mərkəzi meydanına toplaşıb. Onun sözlərinə görə, bir çox rusiyapərəst qüvvələr bu mitinqdə təxribat tərətməklə hədələyib. Onlar Krım Tatarlarının Məclisinin binası önünə rəngli zərflər atıblar.
N.Feminin verdiyi məlumata görə, Krımın Rusiyadan ayrılmasını tələb edən qüvvələr də meydana tərəf hərəkət etməyə başlayıb. Onlar Krım parlamentinin binası önündə toplaşıblar. Bu adamların arasında idman kostyumlarında və kazak geyimində olan gənclər üstünlük təşkil edir. Krımın ayrılmasının tərəfdarları ilə əleyhdarları arasında milis kordonu qurulub.
Mitinqdə “Allahu-əkbər!”, “Krım - Rusiya deyil!”, “Krım - Ukraynadır!” şüarları səslənir. Aksiyada çıxış edənlər Türkiyəni ləngimədən məsələyə müdaxilə etməyə və Krım tatarlarına yardım göstərməyə çağırırlar. Krım Tatarları Məclisinin üzvləri və Krım müsəlmanlarının müftisi də mitinqdə iştirak edir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024