Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (25-02-2014, 22:28)
Əlif Hacıyev - Xocalının cəngavəri

Əlif Hacıyevin erməni daşnakları ilə mübarizəsi Qarabağ hadisələrindən əvvəl başlayıb. Dağlıq Qarabağda, Xankəndində erməni millətçilərinin gizli fəaliyyəti, azərbaycanlılara qarşı məkrli niyyətləri onun diqqətindən yayınmayıb. Bacarıqlı və qorxmaz polis işçisi Əlif Hacıyev heç nədən və heç kimdən qorxmadan erməniləri ifşa etməkdən çəkinməyib. Təbii ki, onun bu cəsarəti və çevikliyi vilayətdə erməni rəhbərliyi üçün təhlükə və maneə sayılıb.

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya göz açıb. 1970-ci ildə orta məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. 1973-cü ildə Minsk şəhərində hərbi xidmətini başa vurduqdan sonra, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1976-cı ildə keçmiş SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olub və 1979-cu ildə həmin məktəbi bitirib. 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirib.

1984-cü ildə Əlif Hacıyev ermənilər tərəfindən oğurlanmış azərbaycanlı uşağı xilas edəndə, Xankəndindən Yerevana millətçi qruplara külli miqdarda pul göndərilərkən onun qarşısını alanda, ermənilərin gizli təşkilatlanma planlarına maneçilik törədəndə ona qarşı xüsusi tədbir hazırlanıb. Bu tədbiri böyük ustalıqla, “sübut” və “dəlillərlə” həyata keçirən ermənilər saxta ittihamla Əlif Hacıyevi həbs ediblər. Məhkəmə ona 10 il azadlıqdan məhrumetmə cəzası verib. Uzun-uzadı şikayətlərdən sonra cəza müddəti 6 ilə endirilib, sonda isə Əlif Hacıyev bəraət alib

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024