Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (25-02-2014, 19:49)
Naxçıvan polisindəki kadr dəyişikliyinin əsl səbəbi

 

“Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsinə gətirilən Cavid Qasımov təyinatdan dərhal sonra ciddi kadr islahatına başlayıb. Artıq Cinayət Axtarış İdarəsinin rəisi, müavinləri və 20-yə yaxın əməkdaşı tutduğu vəzifəsindən azad edilib”.

 

Bu barədə Naxçıvan Şəhər Polis İdarəsindəki dəyişikliklə bağlı “Axar.az”a daxil olan özəl məlumatda bildirilir. Məlumatda göstərilir ki, şəhər polis idarəsindəki vəzifə dəyişikliyinin əsas səbəbi bir ay bundan əvvəl baş vermiş cinayətin hələ də açılmamasıdır.

 

Mənbə bildirir ki, bir ay öncə Zoya adlı qadının öz evində öldürülməsindən sonra cinayətin üstünün açılmaması Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədovu narahat edib. Belə ki, qətl hadisəsindən sonra öldürülən Zoya adlı qadının oğlu Elmar şübhəli şəxs qismində saxlanılsa da, həmin şəxsin cinayətdə iştirakını təsdiqləyəcək və ya onun həbs müddətini uzadacaq heç bir fakt olmadığından, o, azadlığa buraxılıb. Bundan sonra onun pul verərək cinayəti ört-basdır etməsi ilə bağlı müxtəlif söz-söhbətlər gəzməyə başlayıb.

 

Söz-söhbətlərə son qoymaq üçün nazir Əhməd Əhmədov qətlin üstünün qısa müddətdə açılmasına göstəriş verib. Amma verilən vaxt tamam olsa da, qatil tapılmayıb və buna görə də nazir dəyişikliklə bağlı qərar qəbul edib.

 

Xatırladaq ki, uzun illər Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi vəzifəsini icra etmiş Səbuhi Novruzovun Naxçıvan MR Daxili İşlər Nazirliyinin müavini təyin edilməsindən sonra şəhər polisinin rəisi vəzifəsi boş idi. Babək Rayon Polis İdarəsinin keçmiş rəisini Naxçıvan şəhərinə rəis təyin edən nazir isə ona qurumda ciddi islahatlar aparmağı və işini yarıtmayan işçiləri peşəkar kadrlarla əvəzləməyi də tapşırıb. 

- See more at: http://axar.az/news/10008#sthash.NRtzjzmd.dpuf

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024