Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (21-02-2014, 19:41)
İcra hakimiyyətinin hesabatında deputatın çıxışı etiraza səbəb oldu

 

İnsanlar ayaqlarını yerə döyərək tədbirin gedişinə mane olublar 

 

Fevral ayının 21-də səhər saatlarında Qazax rayonu icra hakimiyyətinin başçısı Ayaz Əsgərov rayonun Gənclər Mərkəzində 2013-cü ilin yekunları ilə bağlı rayon ictimaiyyəti qarşısında hesabat verib. Bu barədə musavat.com-a rayon sakinləri məlumat veriblər. 
Sakinlərin bildirdiyinə görə rayon ictimaiyyəti nümayəndələrinin, müəllimlərin, ziyalıların və sadə insanların iştirak etdiyi toplantıda Qazax rayonunun deputatı Əhməd Vəliyev və Milli Məclisin Qazax-Ağstafa-Tovuz dairəsi üzrə deputatı İlyas İsmayılov da iştirak edib.
Tədbirin ümumilikdə sakit keçdiyini, problem yaşanmadığını bildirən sakinlər qeyd ediblər ki, bütün sakitlik respublikada ən bahalı sağlamlıq ocaqlarından biri - "Oksigen" klinikasının sahibi, "Odlar Yurdu" universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyevin çıxışı zamanı pozulub. 
Belə ki, ölkədəki inkişafdan, Qazaxda aparılan abadlıq, yenidənqurma işlərindən, dövlət başçısının ölkə vətəndaşlarına eləcə də Qazax sakinlərinə göstərdiyi qayğıdan danışan Vəliyev müəllimlərin maaşına da münasibət bildirib.
O qeyd edib ki, müəllimlər üçün 150 manat maaş çoxdur. 
Bundan dərhal sonra toplantıda təxminən 10 dəqiqəyə yaxın qarışıqlıq müşahidə edilib. Müxbirimizin əldə etdiyi məlumata görə heç kim bir kəlmə belə danışmayıb, sadəcə insanlar ayaqlarını yerə döyərək etiraz ediblər, tədbirin gedişinə mane olublar. 
Rayon icra başçısı Ayaz Əsgərovun müdaxiləsindən sonra toplantıdakı sakitlik bərpa olunub və rayon ziyalılarının çıxışları ilə davam edib. 
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024