Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (19-02-2014, 14:32)
Qalmaqallı “Mersedes”in sahibi kimin oğludur?

 

“Musavat.com”un “Günün fotosu” rubrikası altında dərc etdiyi və sözün həqiqi mənasında günün mövzusuna çevrilən 90 DD 065 dövlət nömrə nişanlı “Mersedes-Qalenvagen” avtomobilinin sahibi Bakı şəhər, Yasamal rayon sakini Bəhruz Adil oğlu Pəriyabdır.
 
“Axar.az” xəbər verir ki, avtomobilin sahibi həmçinin Gəncə şəhər sakini Orxan Ədalət oğlu Məmmədəliyevin adına etibarnamə də verib.
 
Araşdırmalarımız zamanı bəlli oldu ki, avtomobilin sahibi Bəhruz Pəriyab Azərbaycanın Xalq rəssamı, bir çox ölkələrdə sərgiləri açılan Əli Pəriyabın nəvəsidir (Əli Pəriyabın qardaşı Hüseyn də xalq rəssamı olub).
 
Yüngül qəza keçirmişəm
 
“Axar.az”a danışan Bəhruz Pəriyab qəzanı təsdiqləyərək, heç bir xəsarət olmadığını dedi:
 
“Düzdür, etibarnamə vermişəm, ancaq maşın özümdədir. Yüngül qəza keçirmişəm, şükür ki, heç bir problem yoxdur”.
 
Qəzasının ictimailəşməsindən xəbərsiz olduğunu deyən B.Pəriyab atası Adil Pəriyabın hansı vəzifənin sahibi olduğu barədə sualı cavablandırmaqdan imtina edib: “Bu barədə danışmaq istəmirəm. Vəssalam”.
 
Xatırladaq ki, ötən gün “Musavat.com” saytı “Günün fotosu” rubrikasında 90 DD 065 nömrəli “Mersedes-Qalenvagen”in qəzaya uğradığını və bu maşının sahibinin Bakı rayonlarından birinin prokurorunun oğlu olması barədə müəllif yazısı ilə çıxış etmişdi. Bu səbəbdən portalın redaktoru Xalid Kazımlı Bakı Şəhər Prokurorluğuna dəvət edilərək, ona prokurorluq orqanları işçilərinin nüfuzuna xələl gətirən bu tip yanlış məlumatların yayımlanmasında diqqətli olması tövsiyyə edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024